Göz formasına uyğun makiyaj etmək üsulları

Göz formasına uyğun makiyaj etmək üsulları
Makiyaj, Manikür, Pedikür
10.09.2017 25
Gözlərə makiyaj edərkən gözün forması əsas tutulmalı və gözlərdə olan
qüsurları örtəcək şəkildə bir makiyaj edilməlidir. Gözlərə vurulan göz
kölgələri çox açıq və canlı rənglərdə olmamalıdır. Yüngül tonlarda olan
göz kölgələri gözləri daha təbii və gözəl göstərir. Hər bir göz
formasına uyğun makiyaj eləməyin üsullarını nəzərdən keçirək.



Böyük gözlər üçün makiyaj

Böyük gözlərə sahib olanlar gözlərinin altına qara qələm çəkə
bilərlər. Qara qələm gözləri balaca göstərir. Lakin gözünüzün daha da
böyük görünməsini istəyirsinizsə, gözünüzün altına ağ qələm çəkə
bilərsiniz. Bundan əlavə gözlərinizi böyük göstərmək üçün açıq rəng göz kölgələri, kiçik göstərmək üçün isə tünd rəng göz kölgələrindən istifadə edin.



Kiçik gözlər üçün makiyaj

Kiçik gözləri olan xanımlar heç vaxt gözlərin altına qara qələm
çəkməməlidirlər. Çünki bu zaman gözləri daha da kiçik görünəcəkdir.
Gözünüzü daha böyük göstərmək üçün altına və içinə ağ qələm çəkin. Göz
kölgələrində isə açıq rənglərə üstünlük verin.



Bir-birinə yaxın gözlər üçün makiyaj

Gözlərinizin bir-birindən daha uzaq görünməsi üçün edəcəyiniz makiyaj
göz ucunda deyil gözün quyruq hissəsində daha qabarıq olmalıdır. Bunun
üçün tuşu yalnız gözünüzün ucundakı kirpiklərinizə çəkin. Göz
qapağınızın ortasına qədər açıq rəngdə göz kölgəsi vurun.



Bir-birindən uzaq gözlər üçün makiyaj

Gözləri bir-birinə yaxınlaşdırmaq üçün isə əksinə makiyaj gözün iç
hissəsində daha qabarıq olur. Burnun uc hissəsinə tünd rəngdə tonal krem
çəkməklə gözləri bir-birinə yaxınlaşdıra bilərsiniz. Bundan əlavə tonal
kremi qaşlarınıza doğru yayın və tuşunuzu 2 qat çəkin.



Çuxur gözlər üçün makiyaj

Çuxurda olan gözlərə sahib olanların gözləri kiçik görsənir və buna
görə də gözləri böyük göstərmək üçün olan makiyaj üsulundan istifadə
etməlisiniz. Göz qapağınıza açıq rəngdə göz kölgələri çəkin və göz
çuxurunun yuxarısına kimi yayın. Qələmi çox incə formada çəkin. Tuşu üst
hissəyə doğru çəkin və alt kirpiklərinizə də azca vurun.



Çəkik gözlər üçün makiyaj

Çəkik gözlər ümumiyyətlə daha gözəl görünən gözlərdir. Lakin
gözlərinizin belə olmasından şikayətçisinizsə, layner istifadə
etməməlisiniz. Çünki bu gözlərinizi daha çəkik göstərəcəkdir.

Hər bir göz formasına uyğun makiyaj etmək üsulundan istifadə etməklə
həm gözlərinizin qüsurlarını örtə, həm də daha gözəl görünə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!