Təbii manikür üsulu

Təbii manikür üsulu
Makiyaj, Manikür, Pedikür
10.09.2017 18
Dırnaqlarımız və ətrafındakı ətlər bizi təbii çətinliklərdən qorumaq
üçündür. Dırnaq ətrafındakı artıq ətlər zamanla ölü dəriyə çevrilir və
onları kəsmək məcburiyyətində qalırıq. Bu ətləri təmizləyən zaman
dərimizi zədələyirik və buna görə də bütün xanımlar gözəllik salonlarına
getmək məcburiyyətində qalırlar. Ancaq bəzən getdiyimiz salonlarda olan
alətlərin təmizliyinə inanmırıq. Xanımlar ev şəraitində dırnaq
baxımlarını edə bilmədikləri üçün salonlardakı alətlərin təmizliyinə
inanmadıqları halda getmək məcburiyyətində qalırlar.
Xanımlarımızı düşünərək təbii manikür haqqında
məqalə yazmağı qərara aldı. Məqaləmizdə yazdığımız maskanı tətbiq
etdikdən sonra bütün xanımlar dırnaq baxımlarını özləri evdə edəcəklər.
Bu möcüzəli qarışıq ilə bir gündə əlləriniz həm gözəl görünəcək, həm də
manikürə ehtiyac qalmayacaq.

Təbii manikürü hazırlamaq üçün badam yağını bir çay qaşığı bal ilə
qarışdırın. Qatı halda olan bu qarışığın içinə dırnaqlarınızı batırın və
ya qarışığı pambığa batırdıqdan sonra həmin pambığı dınaq ətrafınıza
qoyub əlinizə əlcək taxın. Əsasən bu prosesi axşam yatmazdan əvvəl edin,
əlinizdə bu maskaya batırılmış əlcək ilə yatmağınız tövsiyə olunur.
Çünki qarışıq siz gecə yatığınız müddətdə dırnaq ətrafınızdakı ölü
dəriləri yumşaldacaq və rahatlıqla onlardan azad ola biləcəksiniz. Səhər
oyandıqda əllərinizin yumşaq olduğunu görəcəksiniz və dırnaqlarınızın
ətrafında olan ölü dərilər əllərinizi yuyan vaxt özü qopub düşəcək.



Əl və dırnaqlarınızı qorumaq üçün:

· Ev işləri görən zaman mütləq əlcəkdən istifadə edin.

· Quru və maye sabundan az istifadə edin. Əsasən zeytun yağından hazırlanmış təbii sabundan istifadə edin.

· Həftədə bir dəfə ballı badam yağlı reseptimizi mütləq edin.

· Əllərinizə mütləq hər gün nəmləndirici krem vurun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!