Makiyajda yeni trend ombre dodaqlar

Makiyajda yeni trend ombre dodaqlar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 20
"Ombre" sözünün mənası kölgəli deməkdir. Bu termini daha çox saç
boyanmasında və manikürdə eşitmişik. Biz isə bu gün dodaqlarda ombre
üsulundan istifadə etmək barədə yazmışıq. Daha çox xarici məşhurların
istifadə etdiyi ombre dodaq makiyaji son zamanlarda hər kəs tərəfindən
geniş istifadə olunmağa başlayıb. İstər gündəlik həyatınızda, istərsə də
toy, nişan və digər ziyafətlərdə bu makiyaj üsulundan rahatlıqla
istifadə edə bilərsiniz. İndi gəlin bu cür dodaq makiyajının necə
edildiyini öyrənək.



1-ci addım: Çərçivələmək

İlk olaraq dodağınızın qırağını kölgə etmək istədiyimiz rəngdə dodaq
qələmiylə çərçivələyin. Bu zaman düz cizgi çəkmək elə də vacib deyil,
çünki bir az dağınıq halda çəksəniz, daha təbii bir görünüş əldə etmiş
olarsınız.



2-ci addım: Pomada çəkmək

Pomadanı həmişəki kimi çəkirik. Rəsm boyayırmış kimi cizginin içini doldururuq.



3-cü addım: İç tərəflərinə də qələm çəkmək

Dodağın iç tərəflərinə də qələmi dağınıq şəkildə çəkirik. Pomada ilə qarışması üçün də kist ilə yayırıq.



4-cü addım: Konsiler çəkmək

Üst dodağın ortasına bir az konsiler çəkirik. Alt hissəyə özü yayılacağı üçün ora çəkməyə ehtiyac yoxdur.



5-ci addım: Konsilerlə çərçivələmək

Daha yaxşı bir görünüş üçün dodağın kənarlarını konsilerle
çərçivələyin. Beləliklə, həm qüsurları örtmüş olacaq, həm də
dodaqlarınızın daha dolğun görünməsinə nail olacaqsınız.



6-cı addım: Parlaq pomada çəkmək

Son olaraq daha cazibədar və cəlbedici görünüş üçün parlaq və şəffaf
pomada çəkilir. Bu da istəyə bağlıdır. Parıltılı görünməsini
istəməyənlər çəkməyə bilərlər.

Əgər siz də ən yeni makiyaj trendi olan ombre dodaq makiyajından
istifadə etmək istəyirsinizsə, bu üsulları evdə tətbiq etməklə buna
asanlıqla nail ola bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!