Göbələkdən azad olmaq üçün təbii üsul

Göbələkdən azad olmaq üçün təbii üsul
Makiyaj, Manikür, Pedikür
10.09.2017 11
Prof. Dr. İbrahim Saraçoğlunun göbələk müalicəsi üçün tövsiyə etdiyi
qarışıq sayəsində göbələk əmələ gətirən viruslara qarşı bədəniniz özünü
müdafiyə edə biləcək. Təbii vasitələrdən istifadə edərək hazırlanan bu
qarışığı davamlı olaraq istifadə etsəniz müsbət nəticələr əldə
edəcəksiniz. Göbələk uzun müddətli qapalı və dar ayaqqabı geyinəndə,
ayaqlar yaş olduqdan sonra qurulanmayanda və həddən artıq tərləyən zaman
əmələ gəlir. Göbələk xəstəliyinin müalicəsi qədər ona yoluxmamaq və
ondan qorunmaq da çox vacibdir.



Hazırlanması:

- 2 stəkan su

- Kalendula bitkisi

1 dəstə Kalendula bitkisini 2 stəkan suyun içinə ataraq 10 dəqiqə
qaynadın. Qaynadıqdan sora suyun ilıqlaşmasını gözləyin, sonra suyu
süzərək ayaqlarınızı bu su ilə yuyun. Əgər istəyirsinizsə, daha çox edib
ayağınızı bu suda 15 dəqiqə saxlaya bilərsiniz. Ancaq yuyan zaman ayaq
aralarınızı da mütləq o su ilə yuyun. Həftədə 1 və ya 2 dəfə bu prosesi
edərək göbələkdən qurtula bilərsiniz.

Ayaqda göbələk xəstəliyinin yaranmaması üçün tövsiyələr:

- Ayaqlarınızı yuduqdan sonra mütləq qurulayın;

- Ayaqqabı seçərkən mütləq sıxmamasına fikir verin və hava keçirən olmasına diqqət yetirin;

- Sintetik corablar yerinə pambıq çorablar geyinin;

- Ayaqlarınız gün ərzində uzun müddət ayaqqabıda qalırsa, günün sonunda ayaqlarınızı duzlu su vannası edin;

- Hər gün corablarınızı dəyişin;

- Dırnaqlarınızın baxımını axsatmayın;

- Ayaqlarınızda qaşıntı varsa, göbələk olub-olmadığını bilmədən göbələk üçün mazlardan istifadə etməyinскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!