Evdə təbii makiyaj təmizləmə suyunun hazırlanması

Evdə təbii makiyaj təmizləmə suyunun hazırlanması
Makiyaj, Manikür, Pedikür
10.09.2017 45
Makiyajın üzdən tamamilə təmizlənməsi üçün bir çoxumuz makiyaj təmizləmə
vasitələrindən istifadə edirik. Ancaq bunların tərkibində kimyəvi
maddələr olduğu üçün dərimizə zərər verir. Buna görə də mümkün olduğu
qədər makiyaj təmizləyən
suları özünüz evdə təbii məhsullardan istifadə edərək hazırlamağa
çalışın. Biz sizin üçün bu makiyaj təmizləyən suları necə hazırlaya
biləcəyinizi və bunun üçün nələrdən istifadə edildiyini yazmışıq. Bir
neçə makiyaj təmizləmə suyu reseptini sizə təqdim edirik:

 

1. Xiyar ilə makiyaj təmizləmə suyu:

Ərzaqlar: 1 ədəd xiyar, 1 stəkan süd



Hazırlanması və tətbiqi:

Əvvəlcə xiyarları sürtgəcdən keçirdin. Sonra südü əlavə edib
qarışdırın. Daha sonra bu qarışığı süzün. Alınan su ilə həm makiyajınızı
təmizləyə, həm də gündəlik üzünüzü təmizləmək üçün istifadə edə
bilərsiniz. Bununla üzünüzün daha yumşaq olduğunun şahidi olacaqsınız.



2. Bal ilə makiyaj təmizləmə suyu:

Ərzaqlar: 1 çay qaşığı bal, 2 çay qaşığı un, 1 çay qaşığı su



Hazırlanması və tətbiqi:

Ərzaqların hamısını bir qaba töküb yaxşıca qarışdırın. Sonra bunu
üzünüzə çəkin və 15 dəqiqə saxladıqdan sonra yuyun. Bu maskanı həmçinin
boynunuza da çəkə bilərsiniz.



3. Yaşıl alma ilə makiyaj təmizləmə suyu:

Ərzaqlar: 1 ədəd yaşıl alma, 1 xörək qaşığı badam yağı, 500 qram süd



Hazırlanması və tətbiqi:

Əvvəlcə almanı sürtgəcdən keçirdin və içinə südü tökün. Sonra bunu
tənziflə süzüb badam yağını əlavə edin. Makiyajınızı təmizləyərkən
bundan istifadə edə bilərsiniz. Südün sayəsində üzünüzün yumşaq
olduğunu, badam yağı sayəsində isə nəmliyinin qorunub saxlandığını
görəcəksiniz.

Gördüyünüz kimi bu ərzaqlar hər biri ayrı-ayrılıqda dərimiz üçün
olduqca faydalıdır. Buna görə də kimyəvi maddələrdən hazırlanmış makiyaj
təmizləmə sularından almaqdansa, özünüz evinizdə bu cür təbii
ərzaqlardan istifadə edərək hazırlayacağınız makiyaj təmizləyicilərdən
istifadə edin. Bununla həm dərinizi təmizləmiş olacaq, həm də onun
yumşaq, parlaq və daha sağlam olmasını təmin etmiş olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!