Bu mövsüm dodaqlar çəhrayıya bürünəcək

Bu mövsüm dodaqlar çəhrayıya bürünəcək
Makiyaj, Manikür, Pedikür
10.09.2017 16
Beynəlxalq
dərəcəli kosmetika brendi "L'Oréal Paris”in dizayneri Eva Yen yaz
mövsümündə çəhrayı dodaq boyalarının dəbə minəcəyini bildirib.

                         

Niyə çəhrayı rəng indi trenddir?

 

Çəhrayı
 müsbət enerji ötürən çox yumşaq rəngdir. Mövsüm dəyişikliyində,
xüsusilə, baharın gəlişi ilə insanlar özlərini xoşbəxtlik saçan rəng
çalarları ilə əhatə etməyə çalışır. Çəhrayı isə bu işin öhdəsindən
 mükəmməl şəkildə gəlir. Bundan əlavə, çəhrayı çox yüngül, dəbdəbəli və
füsunkar rəngdir. Bu il çəhrayı rəng həm interyerdə, həm dəb dünyasında,
həm də kosmetika sahəsində liderlik edir.

 

yaz mövsümündə çəhrayı dodaq boyaları dəbə minəcək.

 

Dəri tonuna uyğun çəhrayı pomadanı necə seçməli?

İlk
növbədə dəri çalarını müəyyən etmək lazımdır. Eva Yenin sözlərinə görə, 
təəssüf ki, bütün dəri tonları ilə uzlaşan universal çəhrayı pomada
yoxdur: "Əgər dəri tonunuz "soyuq" növə  aiddirsə,  (gec qaralan çilli
dəriyə, açıq saç və göz rənginə sahibsinizsə) siz moruq çalarlarını
seçməlisiniz”.

 

Əksinə,
dəriniz "isti" tipə aiddirsə, (tez qaralır, qarabuğdayı dəriyə və tünd
göz rənginə sahibsinizsə) Eva Yen dərinizlə ahəng ziddiyyət təşkil edən
cəlbedici çəhrayı dodaq boyasından istifadə etməyi məsləhət görür. Bu
rəng tünd dərili xanımların dodaqlarını vurğulayıb parlaq obraz
yaratmağa kömək edəcək.

 

Çəhrayı dodaq boyası ilə hansı göz kölgələri uyğun gəlir?

Eva Yen
bildirir ki, bu, sizin necə obraz istədiyinizdən asılıdır: "Parlaq,
yaddaqalan və cəsarətli obraz yaratmaq istəyirsinizsə, çəhrayı dodaq
boyası ilə ziddiyyət təşkil edən göz kölgələri - yaşıl və firuzəyi
rəngdən istifadə edə bilərsiniz. Yasəmən çalarlarında göz kölgələrindən
də yararlana bilərsiniz. Gündəlik makiyajda çəhrayı pomadanı daha sakit
və təbii çalarlar müşayiət etməlidir. Onda dodaqlar üzü vurğulayan əsas
detal olacaq”.

 

Çəhrayı dodaq boyası ilə makiyajın yaxşı alınması üçün nə etməli?

Dizaynerin
fikrincə, layner və qalın  kirpiklər çəhrayı pomadanın ən yaxşı
tamamlayıcısıdır. Obrazın daha təsirli alınması üçün dəbdəbəli çəhrayı
manikür etməyi yaddan çıxarmayın.

 

Çəhrayı pomada seçərkən qadınlar hansı səhvlərə yol verir?

Qadınların
çoxu dəri tonundan açıq çəhrayı dodaq boyası seçir. Bu isə ən böyük
makiyaj xətalarından biridir.  Bu, qadına yorğun və yuxulu görünüş
verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!