Hansı dırnaq boyalarından istifadə məsləhətdir?

Hansı dırnaq boyalarından istifadə məsləhətdir?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 17
Dırnaq ən çox qulluq tələb edən və daha çox göz önündə olan bədən üzvüdür, xüsusilə də yayda. Dırnaqlara qulluğun ən yaxşı göstəricilərindən biri də boyalardır. Geyim və saç dəbi dəyişdiyi kimi dırnaq boyası dəbi də daim yenilənir. Bu yay dəbdə əsasən rəngarəng dırnaq boyaları olacaq.



Yaşıl dırnaqlar

Yaşıl rəngin xüsusilə açıq tonlarına üstünlük veriləcək. Bunlar zeytun yaşılı, nanə rəngi kimi tonlardır. 



Açıq bənövşəyi 

Yayın ən şık rəngləri sırasındadır. Metal və tutqun rəngli boyalara üstünlük vermək məsləhətdir.



Çəhrayı

Çəhrayı rəng bu il də qadınların əvəzedilməzləri siyahısındadır.



Bej tonlar

Qum rəngi, gümüşü, klassik dəri rəngi boyalarda asanlıqla istifadə etmək mümkündür.



Qırmızı

Cəlbedici rəng olan qırmızı və sədəf rəngli tonlar bu yaya xüsusilə çimərliklərdə

tez-tez görüləcəklər. Bu rənglərə xüsusilə qaralmış dəriyə malik qadınlar üstünlük verəcəklər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!