Bu yaz 6 dodaq boyası dodaqlarınıza rəng qatacaq

Bu yaz 6 dodaq boyası dodaqlarınıza rəng qatacaq
Makiyaj, Manikür, Pedikür
10.09.2017 43
Yazı
artıq qarşılamışıq. Qışın soyuq havasını üstünüzdən atmaq üçün yeni bir
saç kəsimini sınaya ya da qarderobunuza bir neçə yeni parça əlavə edə
bilərsiniz. Amma bu fikirləri gözünüzdə böyüdürsünüzsə yaz dəyişikliyinə
makiyajınızda başlaya bilərsiniz. Sizə kömək etmək üçün bu mövsümün ən
trend dodaq boyalarını araşdırdıq. Bu dodaq boyalarının hansı rənglər
olduğunu bilmək istəyirsiniz? O zaman ekrana bir az yaxın əyləşin.



Qırmızı



Klassik
bir qırmızı dodaq boyası heç vaxt məşhurluğunu itirməz. Bu yaz mütləq
makiyaj çantanızda olmalıdır. Amma qırmızı dodaq boyası istifadə edənlər
sadə göz makiyajı etsələr daha məsləhətlidir.



Fuşya



Bənövşəyi
və çəhrayı rənglərin birləşimindən belə bir gözəl yaz rəngi alınır.
Əgər çəhrayı çalarlarda olan dodaq boyaları sizə "çox gənc” işi kimi
gəlirsə o zaman seçiminizi fuşyadan yana edə bilərsiniz.



Tünd-qırmızı qəhvə



Tünd
rəngli dodaq boyaları yazın enerjisini azalda bilər. Amma gecə
makiyajınızda istifadə edə biləcəyiniz alternativ ola bilər. Xüsusilə,
qəhvə və tünd-qırmızı arasında olan rəngləri bu mövsüm çəkinmədən
istifadə edə bilərsiniz. 



Bənövşəyi



Çəhrayı
və qırmızı dodaq boyaları artıq bir klassikdir. Bu mövsüm isə daha
macəraçı ruhları bənövşəyi çalarındakı dodaq boyaları tamamlayacaq.
Bütün dəri rənglərinə uyğunlaşan bənövşəyi çalarlı dodaq boyalarını
minimal bir göz makiyajı ilə dəstləşdirmək olar.



Pastel



Yazı
özündə ən çox yansıdan rəng heç şübhəsiz ki, pastel çalarlarıdır.
Xüsusilə də, gündəlik makiyajınızda işinizə yarayacaq və daha çox rəng
seçimi mövcuddur. 



Gül çəhrayısı



Bu
yazın ən zadəgan dodaq boyası şübhəsiz ki, gül çəhrayısı çalarıdır.
Üzünüzə yumşaq toxunuş bəxş edəcək bu rəngə mütləq bir şans
verməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!