Yayda necə makiyaj edək?

Yayda necə makiyaj edək?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 20
Heidi
Klum, Qisele Bündxen, Klaudia Şifer, Silvie van der Vart kimi
ulduzların öz gözəlliyini etibar etdiyi məşhur stilist Serena Goldenbaum
toy və çimərlik makiyajının sirləri ilə yanaşı 2016 yay makiyaj
trendlərini açıqlayıb. 



2016
yayında ənlik, göz kölgəsi və dodaq boyasının ərik, gözlərdə isə
firuzəyi, mavi, bənövşəyi və hətta ağ rəngli sürmələrin ön plana
çıxacağını vurğulayan Selena, dodaqlar üçün çəhrayı, portağal və tut
rəngi seçimi ilə qadınların çılğın görünüş qazana biləcəklərini deyir. 



Yay günlərində çox və ağır makiyaj etməyin. Çox pudra və tonal krem tərlədiyiniz zaman dərinizin yağlı görünməsinə səbəb olar. 



Bütün
üzünüzü makiyajla boğmaqdansa, örtülməsi lazım olan hissələri örtün.
Üzünüzdə örtülməli olan nöqtələri duru bir tonal kremlə gizlədin. 



Yay toylarında suya davamlı makiyaj ləvazimatları istifadə edin. Üz üçün az və rəngli, gözlər üçün suya davamlı layner çəkin. 



Bu
yay toy makiyajınının əvəzedilməz rəngləri: gözlər üçün qızılı rəng,
yanaq üçün gül, ya bürünc qızılı, dodaqlar üçün gül, bal, konyak və ərik
rəngidir. 



Toy
makiyajında pudradan çox istifadə etməyin. Sadəcə alın, burun və çənə
bölgəsi çox yağlı görünməsin deyə, həmin bölgələrə azca pudra vurun. Toy
makiyajında sərt cizgilərə yol verməyin. Yüngül toxunuşlar edin. 



Çimərliyə
getmədən əvvəl dərinizi nəmli saxlayacaq, rahat nəfəs aldıracaq formul
və günəşdən qoruyan SPF 30 faktorlu krem vurun. 



Çimərliyə
gedərkən makiyaj etmək istəyirsinizsə, suya davamlı layner, tuj, yanaq
üçün krem rəng ənlik, dodaq üçün gloss, rəngli mat dodaq boyası istifadə
edin. 



Bütün gün üzünüzə yapışan kir və makiyajı axşam təmizləməyi unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!