Daha gözəl makiyaj üçün 11 tövsiyə

Daha gözəl makiyaj üçün 11 tövsiyə
Makiyaj, Manikür, Pedikür
10.09.2017 60
Elə
qadınlar var ki, onlar makiyaj etmədən heç mağazaya çörək almağa da
getmirlər. Elələri də var ki, makiyaja boş vaxt itkisi kimi baxır. Lakin
istənilən halda, elə məqamlar olur ki, biz bəzənməli, daha yaxşı
görünməli oluruq. Bu vəziyyətlərdə sizin köməyinizə çataq 11 tövsiyəni
təqdim edirik. Çalışın yadda saxlayasınız.

1.
Gözünüzün altındakı qaraltı və ya torbaları gizlətmək üçün istifadə
etdiyiniz konsileri düzgün formada çəkin. Əks halda, gözünüzün alt
hissəsində gözəçarpan dolğunluq yaranar. Bu da üzünüzün daha solğun və
yorğun görünməsinə səbəb olar.



2.
Kirpiklərinizi yuxarı qaldırmaq üçün istifadə etdiyiniz vasitənin
dəmirinə göz karandaşı çəkərək, kirpikləriniz arasındakı məsafələri
gizlədə və kirpiklərinizin daha dolğun görünməsinə nail ola bilərsiniz.



3. Əgər makiyaj etmək üçün vaxtınız yoxdursa, sadəcə qaşlarınızı dolğunlaşdıraraq da obrazınızı tamamilə dəyişə bilərsiniz.



4. 15 saniyə alışqana tutulduqda, hətta ən köhnə və ucuz karandaş da superdolğun olacaq.



5. "Pişik baxışı” effektini daha kəskin etmək üçün, kredit kartları və ya bu formada digər kartlardan istifadə edə bilərsiniz.



6. Pambıqlı çubuqlar və tonal krem yayılmış göz makiyajını xilas edə bilər.



7. Gözaltı torbalardan xilas olmaq istəyirsizsi, kreminizi soyuducuda saxlayın.



8. Yenə də sehrli kredit kartı! Tuşu kipriklərinizə bərabər və düzgün çəkmək üçün kartlardan istifadə etmək mümkündür.



9. Açıq karandaşla baxışlarınıza daha sağlam və gümrah görüntü bəxş edə bilərsiniz.



10. Göz kölgənizin daha dolğun olmasını istəyirsinizsə, altından göz üçün olan açıq karandaş çəkə bilərsiniz.



11. Açıq karandaşla dodaqlarınıza daha dolğun görüntü bəxş edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!