Yaz-yay manikür trendi

Yaz-yay manikür trendi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 13
2016-nın yaz manikür trendləri arasında gümüşü və qızılı zolaq, qum kimi parlaq dənəciklər, yenilənmiş frenç, mozaika kimi manikürlər dəbdədir.

Yenilənmiş French
Frenç manikürü indi daha parlaqdır. Nude çaları klassik ağla birlikdə narıncı-qırmızı, çəhrayı və ya yaşıl rəngli dırnaq ucları ilə dəstləşdirin, kosmik bəzəkləri isə pastel çalarları və qara əsaslı gümüşü çalar ilə bəzəyin.

Qum kimi parlaq dənəciklər
Qısa dırnaqlarda gümüşü və ya parlaq yaqut dırnaq boyaları yaxşı görünür. Dırnaq uclarınızı krem çalarlarla birlikdə incə ulduz və parıltılarla bəzəyə bilərsiniz, hətta digər parlaq daşlar da ola bilər.

Göyqurşağı
Göyqurşağı manikür parıltıları ilə birlikdə incəsənətin yeni bir növüdür. Mavi, çəhrayı və sarı rəng birlikdə gözəl görünür. Rəngləri bir-birindən xətlərlə ayırmaq olar. Həm də, göyqurşağı manikür parlaq manikür hesab olunur. 80-ci illərin party-si üçün əla ideyadır.

Xətlər
Manikürdə yeni trend üfüqi, şaquli metal və ya mat zolaqlardan ibarət manikürdür. Bu manikürü qalın, nazik və ya bir neçə xətdən ibarət etmək olur. Tünd-mavi, qırmızı və dəniz dalğası seçə bilərsiniz.

Neytral (nude) manikür
Stella McCartney, Michael Kors, Calvin Klein-in yaz-yay kolleksiyalarının təqdimatında modellərin dırnaqlarında bu cür manikürə rast gəlmək olardı. Diane von Furstenberg və Carolina Herrera öz kolleksiyalarında solğun-şaftalı, açıq-qəhvəyi, çəhrayı çalarlarından istifadə etmişdilər.

Gümüş və qızıl
Qısa dırnaqlarınızı gümüşü dırnaq boyası ilə boyayın və üzərinə metal çalarlarda qrafik bəzəklər edin ya da, dırnaqların uclarına qızılı elementlər əlavə edin.

Mozaika
Rəngli dama və şotland qəfəsini parlaq-çəhrayı ya da zəngin-mavi ilə geometrik damalar, xətlər çəkib trendlə ayaqlaşa bilərsiniz.

Sarı ilə irəli!
Parlaq-sarı ağ, sarı və gümüşü rənglərilə birlikdə ideal görüntü yaradır.

Nöqtələr
Nöqtələr də, manikürdə yeni trenddir. Kiçik naxışlar və noxudlar görüntünün xarakterini tamamlayır. Dairəvi dırnaqlarda bu manikürü etdikdə daha yaxşı görünür. Bu ləkələrə və noxudlara səliqəli şəkildə mirvari, güllər əlavə etdikdə toy manikürü olur.

İncəsənət sahəsi
Rəng sıçramaları, denim naxışlar və uçan lələklər tam incəsənət sahəsidir. Hətta əsas olaraq gümüş frenç manikür də istifadə etmək olar. İndi əsas vaxtıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!