Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi

Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 20
Mat dodaq boyaları bir neçə mövsümdür ki, dəbdən çıxmır. Bu yaz və yay mövsümündə isə məşhurluğun zirvəsindədir. Amma yenə də, bəzi xanımlar vizual olaraq dodaqlarını nazik göstərdiyindən mat dodaq boyasının istifadəsindən uzaq gəzirlər. Bütün bu komplekslərinizi nəzərə alıb biz sizə müxtəlif formalı dodaqlarda mat dodaq boyasının düzgün şəkildə istifadə edilmə yollarını təqdim edirik.

Nazik dodaqlar
Belə bir inanc yaranıb ki, mat dodaq boyası nazik dodaqları daha da nazik göstərir. Əslində isə bu, belə deyil! Sadəcə məhsulu düzgün tətbiq etmək lazımdır:
1. Vizual olaraq nazik dodaqları böyük göstərməyin sirri: dodaq boyası ilə eyni çalarda olan dodaq qələmilə dodaqları konturlamaq lazımdır. Hətta yumşaq şəkildə dodaqların səthindən bir az kənara da çıxmaq olar.
2. Dodağınızın üstü hissəsinə bir az haylayter tətbiq edin. Bu üsul sizə dodaqlarınızın həcmini böyük göstərməyə kömək edəcək.
3. Nəhayət, dodaq boyasının tətbiqinə gəldik çatdıq. Bunun üçün giləmeyvə çaları olan “Şirin çəhrayı” dodaq boyasını seçib, dodaqlarınıza vurğulayın.

Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi
Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi

Assimmetrik dodaqlar
Dodaqlarınız yüngülvari assimmetrikdirsə bu, mat dodaq boyasından imtina üçün əsas səbəb deyil. Sadəcə dodaq qələmi haqqında unudun. Bir sözlə ki, müasir dəb qaydaları da icazə verir ki, dəqiqlikdən uzaqlaşın. O zaman dəqiq dodaq make-up- ı üçün dodaq qələmi mütləq deyil. Azca dodaq boyası dağılmış təsiri bağışlayan dodaqlar daha cazibəli görünüş bəxş edir.
1. “Giləmeyvə kokteyli” çalarında seçilmiş mat dodaq boyası ilə əvvəlcə bir qat şəkildə dodaq boyasını dodaqlarınıza tətbiq edin.
2. Yavaşca salfeti öpün, sonra az-maz pudra çəkin və dodaq boyasını ikinci dəfə çəkin.
3. Dodaqlarınızın orta hissəsinə diqqət edin: bura daha dolğun olmalıdır. Bunun üçün dodağınızın orta hissəsinə bir az da tünd çalarlı dodaq boyası tətbiq etmək lazımdır. Bu üsul dodaqlara həcm verməklə onu daha cazibəli edir.

Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi
Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi

Dolğun dodaqlar
Əgər sizin dolğun dodaqlarınız varsa o zaman onları parlaq rənglərlə boyamağa çəkinməyin. Əksinə siz şanslı xanımlardansınız.
1. Əvvəlcə dodaqlarınızı konturlayın.
2. Nazik bir fırça ilə dəqiqliklə boyanı dodaqlarınıza çəkin. Bunun üçün qırmızı çalarlı dodaq boyası yerinə düşər.
3. Əgər konturu dəqiq tətbiq etməmisinizsə və ya da boya konturdan kənara çıxıbsa dodaq boyasını silməyə tələsməyin. Sadəcə yaxşı örtücüdən istifadə edin. Örtücünü bir fırça və ya pambıq köməyilə konturun pozulduğu hissələrə tətbiq edin. Budur, qüsursuz dodaq makiyajınız hazırdır!

Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsi
Müxtəlif formalı dodaqlarda mat dodaq boyasının istifadəsiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!