Dəri rənginizə uyğun olan ideal dodaq boyası və seçimi

Dəri rənginizə uyğun olan ideal dodaq boyası və seçimi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 47
Yəqin ki, çox xanım dəri rənginə uyğun dodaq boyasını tapmaq üçün kosmetik məhsulların satıldığı mağazalarda və ya evdə aynanın qarşısında çox vaxt keçirir. Bəzən uzun axtarışdan sonra yenə də, düzgün dodaq boyası seçilmir. Bu mövzuda sizə kömək etmək üçün kiçik ipucları yazmağa qərar verdik.

Həddindən artıq ağ və solğun dərilər üçün
Əgər solğun və mat dəriniz varsa cəlbedici bənövşəyi ya da ki, alovlu qırmızı dodaq boyalarına üstünlük verməlisiniz. Mat ağ və solğun rənglərə parlaq makiyaj çalarları daha uyğundur. Parlaq qırmızı ya da ki, çəhrayı dodaq boyası dərinizə dramatik görüntü bəxş edəcək. Alovlu dodaqlara sahib olmaq istəsəniz klassik qırmızıdan imtina etməməlisiniz.

Orta rəngli və buğdayı çalarlı dərilər üçün
Orta rəngli dəri çalarları üçün bir az daha tünd makiyaj etmək lazımdır ki, daha təbii görüntü əldə edə biləsiniz. Amma daha canlı bir makiyaj etmək niyyətindəsinizsə 2016-nın yaz makiyaj trendlərini araşdırmanız lazımdır. Əsasən L’Oreal Paris-in çəhrayı çalarından istifadə etməklə təbii və cəlbedici görüntü əldə edəcəksiniz.

Tünd və əsmər dərilər üçün dodaq boyası seçimi
Belə dəri rənginə sahib olanlar, əsasən, çiyələk rəngli dodaq boyalarına üstünlük verməlidirlər. Əsmərlər üçün pastel çalarlarında 2016 trendi olan dodaq boyaları daha uyğundur. Tünd dərili xanımlar isə Clinique-nin uzun müddət dayanıqlı yumşaq mat çalarında olan dodaq boyalarını istifadə edə bilərlər. Daha cəlbedici görüntüyə sahib olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!