Manikürü evdə necə etmək olar?

Manikürü evdə necə etmək olar?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 15
Baxımlı və gözəl əllərlə qadınlar özlərini daha bir feminen hiss edərlər. Gün boyunca ən çox köhnələn və başqa sözlə ən çox diqqət çəkən orqanımızdır əllərimiz… Əldə əvvəlcə gözə dəyən isə dırnaqlardır. Uzun-qısa vacib deyil, amma baxım şərt. Bu baxımı usta yanına getmədən öz imkanlarınızla evinizdə rahatlıqla edə bilərsiniz.

1) Orta böyüklükdə bir qabı isti suyla doldurun, içinə lavanta yağı damladın. Lavanta, sakitləşdirici və antibakteriyel bir təsir oyandırar. Dırnaq diblərinin təmizlənməsinə və dezinfeksiya olmasına köməkçi olar. Ayrıca çox rahatlaşdırıcı bir qoxusu vardır. Əllərinizi qabın içərisinə, barmaq uclarınızın hamısı girəcək şəkildə salın. 5-10 dəqiqə qədər gözləyin ki, dırnaq ətləriniz yumşalsın və dırnaqlarınız manikürə hazır hala gəlsin.

2) Uyğun bir törpüylə dırnaqlarınıza xoş bir forma verəcək və qırıqları yox edəcək şəkildə törpülənin. Metal törpü istifadə etmənin, dırnaqlara zərər verə bilər. Bir tərəfdən başlayıb tək bir düz hərəkətlə törpünü bir neçə dəfə dırnağın ortasına doğru çəkin, sonra eyni hərəkəti o biri tərəfdə təkrarlayın. Mişar kimi irəli geri sürtməyin.

Dırnaqlarınızın törpüsü bitincə, ətrafına kiçik bir pambıq parçası sarılmış çubuq istifadə edərək, dırnaq dibi dərilərini yüngülcə geri itələyin. Hərçənd manikürçülər ümumiyyətlə etsə də, siz heç bir zaman dırnaq dibi dərilərinizi kəsməyin. Çünki infeksiya riskini artırarsınız.

3) Törpü işi və dırnaq ətlərinin itələnilməsi bitdikdən sonra əllərinizi gözəlcə kremləyin. Dırnaq kənarlarına onlar üçün çıxarılan dırnaq yağlarından çəkə bilərsiniz. Bu yağ, manikürün uzun müddət qalmasını təmin edər. Barmaq uclarınıza masaj edərək yağı yedirin. Ən son, kremin və yağın çoxluğunu kağız dəsmal ilə alın.

4) Sıra gəldi laka. Manikürünüzü istədiyiniz rəngdə bir lakla bitirə bilərsiniz. Əgər lak çəkmək istəmirsinizsə, parladıcı bir törpü ilə dırnaqlarınızı parlada bilərsiniz. Törpünü, dırnağınızın üzərində irəli geri hərəkət etdirin. Sürətli və düz hərəkətlərlə dırnağınıza sağlam və parlaq cilalı bir görünüş qazandırmış olarsınız. Lakin bu törpüləri davamlı istifadə etmənin, çünki dırnağı nazildə bilər.

Dırnaq dibi ətlərinə qulluq
Dırnaq ətləriniz bərbad bir vəziyyətdədirsə, yatmadan əvvəl bir çay qaşığı balla bir çay qaşığı günəbaxan, buğda toxumu ya da zeytun yağını bir qabda qarışdırın. Bu qarışıqla dırnaqlarınıza, dırnaq ətlərinizə masaj edin. Əllərinizə əlcək ya da yumşaq bir əlcək taxaraq yatın. Səhər qalxdığınızda dırnaq ətlərinizin düzəldiyini görəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!