Mükəmməl göz makiyajının sirrləri

Mükəmməl göz makiyajının sirrləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 26
- Eyelineri mütləq teninizin üzərinə çəkin və çəkərkən dirsəyinizi bir yerə söykəyin.

- Xaricdən içə doğru, qalından incəyə bir qövs çəkin və əsla bitmə nöqtəsini qalınlaşdırmayın. Getdikcə araşdırıl xətt gözlərinizi yuxarıya doğru qaldırar və işığın gözlərinə daha çox əks olunmasını təmin edər.

- Alt göz qapağınıza incə də olsa mütləq eyni rəng göz qələmi çəkin. Bu xətt, üst göz qapağınıza etdiyiniz xəttdən daha incə və yumşaq olmalı.

-Xəttlərin hər vaxt bir-birinə paralel və tamamlayıcı olmasına diqqət edin. Yalnız arxa ten texnikasında üst göz qapağındakı ikinci xətt, altındakı xəttdən fərqli olaraq yuxarı doğru qıvrılar.

- Gel ya da likit eyelinerlər hər vaxt daha seksual gözlərə sahib olmanızı təmin edər.

Ən çox istifadə edilən 4 tərz

1. Sadə: Qüsursuz bir görünüş üçün göz qapağınıza əvvəl baza çəkin. Eyelinerinizi göz qapağınızın bitimində sonlandırın.

2. Klassik: Eyelinerinizi göz qapağının bitimindən yüngülcə uzadın amma bitəm nöqtəsinin qalın olmamasına diqqət edin.

3.Dramatik: Klassik şəkildən fərqli olaraq bitməsi daha qalın və quyruqlu olur. Bunu etməyin ən asan yolu bu əvvəl göz qələmiylə göz qapaqlarının bitimində yuxarı doğru kiçik bir üçbucaq meydana gətirin, sonra içini eyeliner fırçasıyla boyayın.

4.Pişik gözü: Sadə tərzdə eyeliner çəkdikdən sonra göz qapağının üzərinə ikinci bir xətt çəkin və uc qisimini yuxarı doğru qaldırın. İkinci xətti çəkməkdə çətinlik çəkirsinizsə ilk xətt quruduqdan sonra göz qapağınızın üzərinə bir qaşıq bağlayın və kənarındakı xəttdən faydalanın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!