Dırnaq uzatmaq üçün nə etməli?

Dırnaq uzatmaq üçün nə etməli?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 79
Dırnaqlarınıza nə qədər baxım göstərsəniz də hələ də uzanmır? Məcburən taxma dırnaqlardan istifadə etməli olursunuz? Bu yazını oxuyaraq dırnaqlarınızı təbii yollarla uzada bilərsiniz.

Qadınlar.Biz dırnaq uzatmağın yollarını təqdim edir.

Dırnaqlarınız tez-tez qırılırsa, əvvəlcə bunun səbəblərini araşdırın. Dırnaqlarınızdakı problemlər vitamin əskikliyindən dolayı yaşana biləcəyi kimi, dırnaq yemək problemi də müalicə edilməlidir.

Dırnaqlarınızı pilkalayın. Dırnaq uzanmasında baxımın ilk addımı pilkalamaqdır. Dırnaqlarınızı küt kəsməyin, çünki bu cür kəsilən dırnaqlar tez qırıldığı üçün uzanmazlar. Dırnaqlarınızı yuvarlaq kəsin və eyni formada da pilkalayın, çünki yuvarlaq şəkildə pilkalasanız qırılmaları azalda bilərsiniz.

Dırnaq boyası sürtməyi sevsəniz də dırnaqlarınızın hava almağa ehtiyacı olduğunu da unutmayın. 2 gün boyalı dırnaqlarınızın 2 gün də boyasız qalıb hava almasına çalışır. Bu həm də dırnaqların saralmasının qarşısını alar.

Dırnaqların soyuq su ilə təması uzanmasına kömək edər. İlıq su isə dırnaqların tez qırılmasına səbəb olur. Gün boyunca su ilə çox təmasda olan dırnaqlar normaldan daha çox sürətlə uzanarlar. Əldə çox qab yuyursunuzsa, istifadə etdiyiniz suya yarım limon suyu da əlavə etsəniz dırnaqlarınızı sərtləşdirərək qırılmasının qarşısını alacaq.

Dırnaq baxımında evdə hazırlayacağınız maskalar da dırnaqların daha sağlam uzanmasına yardımçı olacaq. Bunun üçün bitmiş limon qabığına iki damcı zeytun yağı damcıladaraq dırnaqlarınızı bununla masaj edin.

Əllərinizə çəkdiyiniz nəmləndirici kremi dırnaqlara da çəkin. Kremin içərisində qliserin və zeytun yağının olması isə daha sağlam uzanmasına kömək edəcək.

Sirkə ilə dırnaqlara baxım edildiyində dırnaqlarınızı tez bir zamanda uzanar. Sirkəyə əlavə etdiyiniz bir miqdar duzu azca qarışdırın və dırnaqlarınızı bu suda 5 dəqiqə saxlayıb təmizləyin. Hər gün buna əməl etsəniz uzanmasını tezləşdirəcək.

E vitamini ilə əllərə və dırnaqlara baxım edərək uzun dırnaqlara qovuşa bilərsiniz. Apteklərdən ala biləcəyiniz E vitamin kapsullarını qırıb əllərinizə və dırnaqlarınız bununla masaj edin.

Dırnaq uzadan faydalı yağlardan biri isə bənövşə yağı hesab edilir. 4 gündən bir dırnaqlara bənövşə yağı ilə baxım etməklə həm sərt həm də ağ uzun dırnaqlara sahib ola bilərsiniz.

Dırnaq uzadan həftəlik maska

1 çay qaşığı bal
1 çay qaşığı süd
1 çay qaşığı zeytun yağı

Bunları kasada yaxşıca qarışdırıb dırnaq və əllərinizə masaj edin. 15 dəqiqə saxladıqdan sonra əllərinizi soyuq su ilə yuyun. Axşam bu qarışımı əllərinizə və dırnaqlarınıza sürtsəniz, səhərə qədər də saxlaya bilərsiniz. //aile.lent.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!