Manikürün vacib nöqtələri

Manikürün vacib nöqtələri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 72
Biz qadınlar üçün gündəlik həyatın ən önəmli vazgeçilməzlərindən və olmazsa olmazlarından biri də dırnaq boyalarıdır. Rəng seçimi ayrı bir məlumat istərkən, dırnaq boyasını sürmək texnikası prosesin daha bir fərqli ölçüsüdür.
Dırnaq boyası kiçik bir detal kimi düşünülsə də, makiyajınızı tamamlayan, paltarınızı sizinlə bütünləşdirən, vacib bir kilid nöqtədir. Makiyaj edildiyində və paltar seçimində necə ki, dəyişməz qaydalar varsa, dırnaq boyasında da bəzi kiçik qaydalar və vacib nöqtələr vardır.
Həyatdan sizlər üçün yığıb hazırladığımız, baxımlı və gözəl görünməsini təmin edən dırnaq boyası çəkməyi vacib nöqtələri bunlardır:
1.Dırnaq boyası altına baz çəkin.

Dırnaq boyası altına baz çəkmək həm görünüş, həm də baxım sarıdan vacib bir nöqtədir. Dırnaq boyası altına baz çəkmək özəlliklə tünd rəngli dırnaq boyalarında adətən həyat qurtarıcıdır. Dırnaq boyasının dırnağı rəngləməsinin qarşısını alır .

2.Dırnaq boyası çəkməyin şəklinə diqqət edin.

Dırnaq boyası sürmək ərəfəsində boyanı fırçaya çox batırmamaq lazımdır. Nə az nədə çox olmalı .
Yəni tam qərarında almaq sizə çəkmək asanlığı yaradacaqdır. Əks halda daha çox diqqət və daha çox zaman itərərsiniz. Bundan əlavə diblərdən dırnağın üst hissəsinə doğru boya sürmək lazımdır.
İlk olaraq dırnağın ortasından yuxarıya doğru düz bir xətt çəkmək lazımdır. Sonra yan tərəflərə çəkməlisiniz. İlk qat tam quruduqdan sonra, lazım olarsa, ikinci qatı hətta bəzncü qatıda çəkə bilərsiniz.

3.Dırnaq boyası üstünə baz çəkin.

Dırnaq boyası üstünə baz çəkmək boyanın uzun müddət qalmasına kömək edər. Qarşıdakı bir neçə gün ərzində eyni rəng istifadə edəcəksinizsə və seçiminiz tünd rəng isə, bu dırnaq boyası çəkmək texnikinə və vacib nöqtələrinə diqqət etməniz lazımdır. Həm zamandan qazanmış olacaqsınız həmdə dırnaq boyasan qalıcı olacaqdır.

4.Hər gün baz çəkin.

Dırnaq boyanıza təzələnmiş təsiri yaratmaq üçün hər gün boyanın üzərindən baz çəkin. Beləliklə dırnaq boyanız həm qalıcı olacaq, həm də təzə görsənəcəkdir.

5.Dırnaqlarınıza istirahət verin.

Xüsusilə çox sıx dırnaq boyası istifadə edən birisinizsə, dırnaqlarınıza arada istirahət etdirmənizdə fayda vardır. Həftələrlə dırnaq boyası çəkdikdən sonra, ən azı bir həftə dırnaq boyası çəkməmək, dırnaqlarınız üçün ən gözəl istirahət olacaqdır. Qoyun dırnaqlarınız hava alsın, günəş üzü görsün istirahət etsin. Dırnaq sağlamlığınız üçün ən vacib olan budur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!