Makiyaj zamanı edilən 5 səhv

Makiyaj zamanı edilən 5 səhv
Makiyaj, Manikür, Pedikür
10.09.2017 12
Bəhs edəcəyimiz makiyaj səhvlərini oxuyaraq hansılarını etdiyinizi tapa bilər və bu səhvləri düzəldə bilərsiniz.

Budur makiyaj edərkən ən çox rast gəlinən 5 makiyaj səhvi

Səhv tonal krem seçimi və tonal kremin səhv tətbiq olunması

Dəri makiyajında olduqca əhəmiyyətlidir tonal krem seçimi. Açıq dəri rəngindən xoşlanıram, daha ağ görünməm gərək deyə açıq rəngli tonal kremlər ya da bir az da bronz görünsəm daha gözəl olar deyə çox tünd tonal kremlər seçməməlisiniz. Çünki üzünüzə tətbiq etdiyiniz ton bəlkə pis dayanmağa bilər amma dekolte və boyun qisimləriniz də böyük bir ton fərqi meydana gələcək və bu da sizi rəngarəng göstərəcək. Buna görə tonal krem seçiminə diqqət edin. Təbii makiyaj hər vaxt seçimimizdir. Tonal krem üzdə qəlib kimi dayanırsa bu heç də xoş bir görünüş meydana gətirməz. Hətta səhv tətbiq olunan bir tonal krem sizi olduğunuzdan daha yaşlı göstərməyə səbəb olar. Tonal krem incə bir təbəqə halında çəkilməli və bir tonal krem süngəri köməyi ilə yüzə yaxşıca paylanmalı.

Ənliyi səhv şəkildə tətbiq etmək
Ənlik səhv şəkildə tətbiq olunduğunda xoş bir görünüş əldə edə bilməzsiniz. Ənliyin səhv tətbiq olunması ən çox edilən makiyaj səhvi desək doğru olar. Çünki ənlik çəkmək o qədər də asan bir iş deyil. Fırçaya həddindən artıq bulanmış şəkildə çəkilən pudranı naziltmədən almacıq sümüklərinə çəkmək ya da almacıq sümükləri altına ənlik çəkərək üzü daha uzun və aşağı göstərmək. Ənlik istifadə edərkən olduqca soft rənglər olan şaftalı, açıq çəhrayı ya da ərik tonları istifadə edilə bilər. Ənliyi çəkmədən əvvəl fırçanızdakı çox ənliyi mütləq almalısınız və almacıq sümüklərinizin tam üzərinə çəkməlisiniz nə altına olmalı, nə də üstünə. Əksinə vəziyyətdə dəbdən düşmüş bir görünüş ortaya çıxar.

Dodaq qələmi rəngi

Dodaq qələminin məqsədi makiyajda diqqət çəkməsi ya da diqqətə çarpan olması deyil. Üzərinə tətbiq edəcəyimiz pomadanın daşmasına maneə törətməkdir. Bundan yana çərçivə edərkən dodaqlarınıza həddindən artıq diqqətə çarpan olacaq şəkildə distributiv etməməli və pomadaya yaxın tonlarda dodaq qələmi istifadə edilməli.

Tam edilməmiş göz makiyajı

Səhv tonda tenləri bir yerdə istifadə edər, ya da teni səhv şəkildə tətbiq etsəniz, göz qapaqlarınız quru və toz kimi görünə bilər. Çox qadın makiyaj edərkən göz makiyajını düz və mütənasib şəkildə edə bilməz. Lazımlı əməliyyatlar gözə tətbiq olunmadan birazca fara sürərək işi həll edərəm deyə düşünürsünüzsə yanılırsınız. Əvvəlcə göz qapaqlarınıza əsas sürün və təməli hazırlayın. Bu, faranın qalıcı olmasını təmin edər və faraya parlaqlıq qatar xüsusilə şampan, bej və qəhvərəngi kimi tonlarda təbii rənglərdə ten istifadə edirsinizsə xüsusilə tətbiq etməlisiniz. Ten rəngi seçiminiz nə qədər açıq olsa, göz qapağında duruşu o qədər quru olar. Qara ten tətbiqiniz halında bunu kirpik diblərinə təyinedici xətt şəklində çəkin.

Hörümçək kirpiklər
Hər nə qədər podiumlardakı nümayişlərdə bu tərz upuzun kirpiklər görsək də, gündəlik həyatınızda çox da qəşəng deyil. Bir də üst-üstə çəkilmüş kirpik üçün tuşla qatı bir duruş əldə edildiyində, kirpiklərin görünüşü nə qədər dəhşətli olar siz düşünün. Kirpik üçün tuş çəkmədən əvvəl mütləq kirpikləri darayın və kirpik üçün tuşunuzu iki mərhələdə tətbiq edin. Tez-tez kirpik üçün tuşunuzu nəzarət edin və qurumuş kirpik üçün tuşları istifadə etməyin. Kirpik üçün tuşu kirpik diblərinə yuxarı-aşağı ziqzaqlar çəkərək tətbiq edin və bu tətbiqdən sonra qalan tortaları kirpik fırçası ilə təmizləyin.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!