Hamiləlikdə bədən baxımı

Hamiləlikdə bədən baxımı
Saç və Dəri baxımı
10.09.2017 38
 
 

Qadın bədəni hamiləlik əsnasında digər zamanlardan daha çox baxım istər. Bu dövrdə bədəninizə göstərdiyiniz maraq həm sağlam bir hamiləlik dövrü keçirmənizi həm də doğum sonrasında bədəninizin köhnə halına asanca dönməsini təmin edər. Buna görə hamiləlik dövründə bədən təmizliyinizə və baxımınıza lazımlı marağı göstərməlisiniz.
 
Duş
Hamiləlik əsnasında gündəlik yuyunma vərdiş halına gətirilməlidir. Çünki bu dövrdə tər bezləri normaldan həddindən artıq bir iş göstərər. 
Yuyunarkən istifadə etdiyiniz su 37-38 dərəcə olmalıdır. Həddindən artıq isti su sağlamlığınız baxımından zərərlidir. Ayrıca duş müddətinin 15 dəqiqədən çox olmamasına diqqət yetirməlisiniz. Əks halda qanama keçirmə riskiniz artacaq. 
Duş qəbul edərkən qapınızı heç bir zaman kilidləməyin. Hətta evdə kimsə olmadığı zamanlarda duş qəbul etməməyə diqqət edin. 
Sinələrin baxımı 
Hamiləlik dövründə ən çox diqqət və diqqət göstərilməsi lazım olan yer sinələrdir. Bu dövrdə şişən sinələrdə çatlaq meydana gəlməməsi üçün ilıq bir duşdan sonra nəmləndirici kremlərlə sinələrə masaj edilməlidir. Əks halda sinələrdə çirkin bir görünüş meydana gətirən çatlaqlar meydana gələ bilər. 
Sinə sallanmalarını maneə törətmək üçün sinələr gündə iki dəfə soyuq suyla yuyunmalıdır. 
Omba və göbək baxımı 
Qarın xəttinin yerləşib iz buraxmasını ən aza endirmək və ombalara lazımlı diqqəti göstərmək üçün bu bölgələr badam yağıyla hər gün ovulmalıdır. 
Dəri baxımı 
Dərinin sağlam bir şəkildə nəfəs alması hamiləlik dövründə hər vaxt olduğundan daha əhəmiyyətlidir. Buna görə bu dövrdə yatmadan əvvəl makiyajınızı mütləq təmizləməli, üzünüzə və əllərinizə bəsləyici krem sürməlisiniz.
Tərcümə və Redaktə etdi: PURE LOVE
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!