Payız-qış aylarında saça qulluq maskaları

Payız-qış aylarında saça qulluq maskaları
Saç və Dəri baxımı
10.09.2017 32
Quru saçlar üçün maskalarSoyuq havalarda saçlar daha quru və cansız olur. Bunun qarşısını almaq üçün saçalara xüsusi qulluq göstərmək lazımdır. Saçlar qadınlar ən gözəl aksessuarlarından biridir. Soyuq havalarda üz dərisi, ayaqlar və əllər çatladığı kimi, saçda da müxtəlif problemlər yaranır.  Buna görə də saçlara qulluq etməyi təxirə salmamalısınız.Soyuq havalarda xüsusən, papaq qoyanda saç dibləri qaşınmağa başlayır və kəpək yaranır. Bunun əsas səbəbi şampundan və fenlərdən həddindən artıq istifadədir. Kəpək hər ay dərinin tökülməsi şəklində özünü büruzə verir. Davamlı olaraq qaşınan saç dibləri isə saçların daha yağlı görünməsinə gətirib çıxarır.Tez-tez yuyulan saçlar daha yağlı olur. Sağlam və normal saçlara yiyələnmək istəyirsinizsə, onları 2 gündən tez yumayın. Soyuq havalarda quru saçların qarşısını almaq üçün maskalar etmək lazımdır.  Avokado, badam və zeytun yağını bal ilə  qarışdırıb saçınızda saxlayın. Bu maska dərinizdəki quruluğu aradan qaldıracaq və dərinin nəmini balanslaşdırcaq. Həm də saçların daha gur görünməsini təmin edəcək. Yumurta sarılarını qarışdırıb saçda bir müddət saxlamaq da quruluğu aradan qaldırır. Bəzi mütəxəsislər isə saçlara mayonez sürtməyi də məsləhət görür. Qış aylarında quruluq əleyhinə şampun və losyonlardan da istifadə etmək lazımdır.Maska:2 yemək qaşığı qarğıdalı unuYarım st üzüm yağı1 çay qaşığı alma sirkəsiBu maskası saçlarınızı yuduqdan sonra saçın diblərinə çəkin. Barmaqlarınızla saçın dibini yaxşıca masaj edin. Sonda isə saçlarınızı ilıq su ilə yaxalayın. Evdə hazırladığınız maskaları qədərində istifadə etmək lazımdır. Çünki həddindən artıq istifadə etsəniz, əks təsir göstərə bilər.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!