Qışa hazırsanmı?

Qışa hazırsanmı?
Saç və Dəri baxımı
10.09.2017 36
Qış aylarında dəriyə xüsusi quluq göstərmək lazımdır. Soyuq havalarda kosmetoloqlar dəriyə qulluq etmək üçün aşağıda sadalananları tətbiq etməyi məsləhət görür. 
Həssas dərilərHəssas və nazik dərilər soyuq havalarda daha çox zərər görür. Küləyin və soyuğun təsirindən dəridə müxtəlif çatlar, bəzilərində isə yaralar əmələ gəlir. Çatlara və yaralara vaxtında müdaxilə edilməsə, dəridə şişlər və qızartılar da yarana bilər. Xüsusən də dərisi həssas olan insanların əlləri qışda daha çox təsirə məruz qalır. Bunun qarşısı almaq üçün çalışın mümkün qədər isti sudan istifadə edin. Evdən çıxdıqda isə əllərinizə yağlı kremlər çəkin. Soyuq havalarda üz dərisinin qabıq verməməsi üçün nəmləndirici kremlərdən istifadə etçək lazımdır. Bu kremlər həm də dərinin qocalmasının və qırışmasının qarşısını alır. Geyimlərdə bədənin açıq qalan hissələrinə də qulluq etməyi unutmamalıyıq. Boyun və sinə dekoltəsinə dəri tipinə uyğun yağlar və kremlər çəkmək məsləhət görülür. Quru saçlara qulluq Qadın gözəlliyini tamamlayan saçlar da ən az dəri qədər qulluğa ehtiyac duyur. Havalar soyuyan kimi isə saçlar qurumağa başlayır. Quruluqla birlikdə isaçlar tökülməyə başlayır. Saçlar da vitamin tələb edirSaçları soyuq havanın təsirindən qorumaq üçün vitaminlərlə zəngin olan məhsullarla qidalanmaq lazımdır. Mineral maddələr və vitaminlər saç diblərini möhkəmləndirir. Məsələn: yerkökü, turp, sarımsaq və müxtəlif göyərtilər saçların möhkəm olmasını və uzanmasını təmin edir.
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!