Sürətli saç uzatmaq üçün nə edilməli?

Sürətli saç uzatmaq üçün nə edilməli?
Saç və Dəri baxımı
10.09.2017 37
 Saçları necə sürətli uzada bilərik, sürətli və tez saç uzatmaq üçün nə edilməli?
Sürətli saç uzadan bitkilər, düsturlar və üsullar.. Saçımızın torbaya
bənzəyən və folikul adı verilən parçası baş dərimizin altında olur. Bu
qismə saç kökü deyilir və elə saçın canlı olan qismi də buradır. Bu
kökdə olan saç hüceyrələrinin bölünməsiylə saç uzanır. Hər saç teli
uzanar, uzanması yavaşlayar və bir müddət sonra tökülərək yerinə yeni
saç teli çıxar.
Bir saç telinin ortalama həyat müddəti 2-6 ildir. Saç teli tək
bir parça olaraq görünsə də əslində 3 parçadan meydana gəlirlər, bunlar:
Kutikul adlı xarici lay, korteks adlı orta lay və nüvədir.
Saç teli bir ayda neçə sm uzanar və saç necə uzanar?
Saç telləri bir ayda təxminən 2,5 sm qədər uzanarlar. Bu uzanma
dövrlər halında olar. Bu dövrlər saç folikulunun uzanması və istirahət
etməsi iki növdür. İstirahət etmə dövründə saç uzanması keçici müddət
dayanar. Buna klub saç deyilir. Klub saç bir sonrakı uzanma dövrünə
qədər istirahət etmə müddətində qalar. Uzanma dövründə yeni bir saç
gəlir və saçı folikuldan çölə atarsa saç tökülür.
Saç tellərinin uzunluğu o saç folikulunun uzanma müddətinə bağlıdır. Ümumiyyətlə folikullar 2 ilə 6 il aktiv olaraq yaşayarlar.
Qadınlarda saç uzanmasının daha sürətli olduğu dövr 15-40 yaşlar
arasındadır, ən sıx ostrogen ifraz olunduğu dövrdür. Saç uzanma sürəti
bioloji və ekoloji şərtlərə bağlıdır. Saçın uzanmasını təsir edən bir
çox faktor vardır. Bunlar yaş, qidalanma, ümumi sağlamlıq vəziyyəti və
hava vəziyyətindəki dəyişikliklərdir
Məsələn saç uşaqlarda yetkinlərdən daha tez uzanır. Bundan başqa yaz
mövsümündə saçın uzanması, qışa görə daha sürətlidir. Saçı ya da tükləri
kəsmənin daha sonrakı uzanması və ya daha sürətli uzanmasında hər hansı
bir təsiri yoxdur.
Tez saç uzatmaq üçün Güldən Şənşəfəq düsturları
Sürətli saç uzatma yolu 1
Boymadərən, döyülmüş nar qabığı və senna suda 30
dəqiqə qaynadın. Bu suyu süzüb, lasyon konsistensiyasına gələnə qədər,
küncüt yağı və çiy yumurta əlavə edərək qarışdırın. Sürətli saç
uzanmasını təmin edən bu lasyon ilə saçınızı tez-tez yuyun.
Sürətli saç uzatma yolu 2
Rəndələnilmiş turp, suda 30 dəqiqə bişirildikdən
sonra süzülür. Əldə edilən mayeyə yumurta sarısı əlavə edilərək umac
halına gələnə qədər qarışdırılar. Hazırlanan umac ilə saçlar tez-tez
ovularaq yumaq lazımdır



 


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!