Dəridəki məsamələr

Dəridəki məsamələr
Saç və Dəri baxımı
10.09.2017 16

 


 



Məsaməli dəri təkcə estetik baxımdan deyil, həm də sağlamlıq
baxımından qadınlara əziyyət verir. Belə ki, onların daxilinə çirk dolur
və nəticədə sızaqlar əmələ gəlir ki, onlarda da iltihablananda insana
ağrı verir.
 
Dəridə məsamələr bir neçə faktora görə əmələ gələ bilər: pis qulluq,
irsi problem və s. Bu halda siz menyunuzdan spirtli içkiləri, kimyavi
əlavələr olan qidaları, yağlı, acı və qızardılımış yeməkləri
çıxarmalısınız. Tez-tez üzünüzü sərin su ilə yaxalayın, xüsusilə çöldən
gələndən sonra, çünki küçə tozu məsamələrə dolduqca infeksiyaya yol
açır. Hər həftə skrabdan istifadə edin, pudra və tonal kremlərdən imtina
edin. Yağlı dəri üçün nəzərdə tutulmuş qel və köpüklə yuyunun.
 

Dəridəki məsamələri necə yox edək?


 
Hal-hazırda bunun üçün mağazalarda müxtəlif süd, losyon və skrablar
var. Skrabdan sonra mütləq soyuq su ilə yuyunun. Bu məqsədlə buz
qırığını da üzünüzə sürtə bilərsiniz. Bəzi maskaları özünüzdə evdə
düzəldə bilərsiniz.
 
Badam maskası. 1 xörək qaşığı badaçı qəhvə üyüdən maşınla
üyüdün, üzərinə 50 ml qaynar ot dəmləməsi əlavə edin, yarım çay qaşığı
bal və 1 çay qaşığı un əlavə edin. Bunları qarışdıraraq 30 dəqiqəlik
üzünüzə sürtün. Daha sonra sərin su ilə yuyunun. Ot dəmləməsi üçün
çobanyastığı, cökə, şam ağacının zoğlarından 2 xörək qaşığı götürərək
dəmləyirik.
 
Limon şirəsi məsaməli dərilər üçün faydalı hesab olunur.
 
Limonun qabığını soyun, içini doğrayın və üzərinə araq tökərək 10 gün
saxlayın. Daha sonra səhər axşam bu məhlulla üzünüzü silin. Lakin sonra
üzünüzü su ilə yaxalamayın.
 
Məsaməli dəri üçün ən efektiv maska isə yumurtanın ağından
düzələn maska sayılır. Yumurtanın ağını köpüklənənə kimi çalın, 1 çay
qaşığı isidilmiş bal və orta ölçülü limonun şirəsini əlavə edin –
yapışqanlı məhlul alınmalıdır. Üzünüzə maska kimi sürtün və 30 dəqiqə
gözləyin. Maska tam quruyandan sonra sərin su ilə üzünüzü yuyun.
Xanımlar həmçinin kosmetik gildən istifadə edir. Mavi və ya ağ gili 15-20 dəqiqə saxladıqdan sonra yumaq məsləhətdir.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!