Böyük burunları gizlədən saç modelləri

Böyük burunları gizlədən saç modelləri
Saç və Dəri baxımı
10.09.2017 112
Müasir dövrdə düzgün qidalanma, idman, meditasiya kimi sağlamlığa
xeyiri olan işlərlərlə bərabər gözəllik və dəb məsələləri də aktualdır.
Hər qadın gözəl olmaq istəyir və ya heç bir gözəl qadından geri qalmaq
istəmir.
Bu baxımdan müxtəlif tədbirlər görməyə, xüsusən qadınlar bayramında olduqca gözəl görünməyə səy göstərirlər.
Lakin
bəzi qadınlar var ki, onlarda üz nahiyəsində normal olmayan burunlar
müxtəlif utanc hisslərinin yaranması ilə nəticələnir. Texnologiya
dövründə yaşadığımızdan isə onların bir qismi plastik əməliyyatlara
üstünlük veririr. Bir çoxları əməliyyata girməzdən əvvəl bilməlidirlər
ki, o qədər də böyük görsənməyən burunları müxtəlif saç modelləri ilə
kamuflyaj edə bilərlər..
Bunun üçün qısa saç modellərinin heç birinə
üstünlük verilməməli, orta boy və uzun saçlardan ideal bir şəkildə
istifadə edilməlidir.
Saç modelləri də üz xəttlərini ortaya çıxaran
makiyaj qədər əhəmiyyətlidir. Bu baxımdan daha yumşaq və tarazlığınızı
təmin edəcək saç modellərinə üstünlük versəniz daha yaxşı olar.
Mərtəbəli saçlar bədəninizdə və üzünüzdə məmnun olmadığınız qisimlərin daha az diqqət çəkməsini təmin edər.
Çolka
düzümlü saçların həcm verən modellər arasında məşhur olduğu bildirilir.
Buna baxmayaraq özünüzə uyğun olan modeli seçmək daha əhəmiyyətlidir.
Bunun
üçün saçlarınızın çox qısa olmaması əsas şərtlərdən biridir. Çünki qısa
çolkalarda burun nahiyəsi uzun və böyük görsənə bilər.
Dalğalı saç
modeli balanslı bir şəkildə və şişirtmədən yayılaraq diqqəti burun
nahiyəsindən uzaqlaşdırır. Həmçinin saçlara həcm vermiş olur.
Böyük burunları makiyaj texnikası ilə gizlətmək də mümkündür.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!