Dəriniz qırışmasın

Dəriniz qırışmasın
Saç və Dəri baxımı
10.09.2017 74
Bilirik, yaşlanmaq hamımızın ən böyük kabusu! Zamana meydan oxuyaraq həmişə 20 li yaşlarda qalmaq çətindir. Amma üzümüzü əsir alan qırışıqlıqları ən aşağıya endirmək əlimizdədir!
Günəş
Yazla birlikdə göz qırpmağa başlayan günəşin istiliyini dərinizdə hiss etmək xoşunuza gedə bilər. Kimin getməz ki? Amma bu üzünüzün qırışmasına səbəb ola bilər. Günəşlə olan bütün əlaqənizi qəti və hətta evə bağlanın demirik amma yaxşı bir günəş kremi istifadə etməyə əsla laqeyd yanaşmamalısınız və hətta bir şapka…
Üz mimikaları
Uşaqkən ananız sizi də xəbərdar etməzdirmi:"Bunu etməyi kəs, yıxsa üzün elə qalacaq!" Tam olaraq yalan danışmırdılar.Üzünüzü hər hərəkət etdirdiyinizdə, dəriniz bir az daha qırışır. Çox vaxt dəriniz özünü yenilədiyi üçün yeni dəri hüceyrələri inkişaf etdikcə o kiçik xəttlər də itər. Amma bu yenilənmə sonsuza qədər sürə bilməyəcək.
Siqaret
Bəli hamımız bilirik ki, siqaret gözəlliyə təsir edir. Amma yalnız sizi xəstə edib dişlərinizi saraltmır eyni zamanda yaşlı görünmənizə səbəb olur!
Stress
Qadınsınız, elə isə dürüst olaq ki həyatınızdan stressi tamamilə çıxartmanız mümkün deyil. Amma gözəl üzünüzü qorumaq üçün daha sakit və soyuqqanlı olmağı sınamalısınız. Əslində qırışıqlıqları önləmək üçün stressdən uzaq dayanmalısınız çünki bu qırışıqlar daha çox stressə girmənizə səbəb olacaq.
Yuxu
Qulağa qəribə gəlsə də bütün günün yorğunluğundan təmizlənməniz üçün yatağa girdiyinizdə də özünüzə diqqət yetirməyə davam etməlisiniz. Çünki bir mövqedə çox uzun müddət yatsanız, üzünüzün o bölgəsi daha çox qərəşər. Buna görə üzüaşağı yatmaqdan çox arxa üstə uyğunlaşmaya vərdiş qedin.
Yuxusuzluq
Yuxu halıyla başa çıxmanın yolu yox kimi. Uzun müddət eyni şəkildə yatsanız qırışırsız və kifayət qədər yatmasanız da qırışırsınız. 
Spirt
Nə qədər çox qəbul etsəniz o qədər qırışırsınız. Spirt üzünüzün şişməsinə səbəb olar və sonra endiyində gərilməsinə və kırışmasına.
Nəmsizlik
Quru dəri ən pisidir. Çatlamanıza, qanamanıza və qırışmanıza səbəb olar. Bədəninizin nə qədər suya ehtiyacı varsa, üzünüzün də nəmləndiriciyə o qədər var. O kremi əl altında saxlayın!
Genlər
Ailənizə və qırışıqlıqlarına baxın qadınlar çünki onların hekayəsi sizinkinə çevrilə bilər. Vəziyyətə fiziki olaraq çox qatqımız olamasa da heç olmasa onların səhvlərindən dərs çıxara bilərik.
Tərcümə etdi:Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!