Sac baximi

Sac baximi
Saç və Dəri baxımı
10.09.2017 16
 




Hansı xalq üsulundan  istifadə edib ,saç tökülməsinin qarşısını almaq olar?

Təqdim edəcəyim üsul sizi bir  az qorxuda bilər,lakin sınaqdan keçirməyə dəyər.Bunun üçün  sizə 1 litr su,1 çay qaşığı təmiz nöyüt (nöyüt saxta olmamalıdır) və 1 xörək qaşığı duz lazım olacaq.Nöyütü  və duzu suda yaxşıca həll  edib,saçınızı şampunla yuduqdan sonra  yaxamalısınız.Prosedur 14 dəfə təkrar olunmalıdır.

Qeyd edim ki,nöyütün qoxusu saç quruduqdan sonra çəkilir.

Məsləhət:

Saçları çox isti və ya soyuq su ilə yumaq məsləhət görülmür.Suyun optimal dərəcəsi 35-45 dərəcə olmalıdır.Yağlı saçları sərin su ilə yumaq lazımdır.Saçlar ən azı iki dəfə  sabunlanmalıdır:bu onunla əlaqədardır ki, birinci sabunlanmada saçlarda olan çirkin ,tozun və dəri piyinin  yalnız bir hissəsi təmizlənir,şampunun müalicəvi təsiri isə təkcə ikinci  dəfədən  sonra özünü göstərir.Həmçinin ,unutmayın  ki,şampun  və digər  saç vasitələrini istifadə etdikdən sonra saçları su ilə elə yumaq lazımdır ki,bu vasitələrin qalıqları saç üzərində qalmasın

Maskalar

Yağlı saçlar üçün :2-3 xörək qaşığı  quru xardalı su ilə qarışdırıb ,saçların dibinə çəkin və 5 dəqiqədən  sonra ilıq su ilə yaxalayın.

Quru saçlar üçün:20 qram gənəgərçək  yağı ilə 20 qram bitki yağını qarışdırın və üzərinə 10 qram quru saçlar üçün şampun əlavə edin.Maskanı 3-6 dəqiqə saxladıqdan sonra su ilə təmiz yaxalayın.

Normal saçlar üçün:çovdar çörəyini ovxalayın,qaynar suda 2-3 saatlıq isladın.Alınmış həlimi saçınızın dibinə sürtün və1,5-2 saat gözləyin.Sonda saçınızı su ilə bol-bol yaxalayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!