Yaz aylarında dəri baxımı

Yaz aylarında dəri baxımı
Saç və Dəri baxımı
10.09.2017 6
Yaz ayları gəldiyində dərinizə daha çox diqqət göstərməniz lazım olduğunu artıq bilirsiniz. Əgər yaz aylarında dərinizə lazım olan diqqət göstərməzsənizsə hələ bir də yağlı dəri quruluşuna sahib bir quruluşunuz varsa çox ciddi risklər ilə qarşı-qarşıya qala bilərsiniz. Kifayət qədər diqqət göstərilməyən yağlı dərilər, qara nöqtələr və akneler problemi yaşaya bilər. Amma əsla qorxmayın! Gündəlik dəri baxımı üçün  edəcəyiniz bir iki dəyişikliklə dərinizi bunlardan qoruya bilərsiniz.
Dərinizdə həddindən artıq parlama varsa bunun üçün xüsusi bir krem istifadə etməniz lazım ola bilər.
Dərinizdəki parlamağı yox etmək üçün yağ əmici bir pudra istifadə edə bilərsiniz. Ayrıca matlaşdırıcı jeller parlayan bölgəyə çəkdiyində iz buraxmadan yağı əmərək təsirli bir nəticə verər. Bu jelleri təmiz dəriyə və ya makiyaj üzərinə tətbiq edə bilərsiniz.
Tonal kremdən ola bildiyincə uzaq dayanmalısınız. İsti havada ağırlıq etməsinin xaricində əriyərək məsamələrinizi doldurub tıxayar, dərinizin daha çox yağ çıxarmasına səbəb olar.
Salisilik turşu ehtiva edən sabunlar dərinizi qurutmadan məsamələrinizdəki yağı azaldar. Üzünüzü sabunla ən az iki dəfə yuyun lakin həddindən artığa qaçmayın. Çox sabun dərinizin qoruma qalxanlarına zərər verə bilər.
Həftədə bir dəfə peeling edin. Dərinizdəki ölü hüceyrələrdən xilas olun. Ardından dərinizə uyğun salisik turşu əsas və ya palçıq əsaslı bir maska tətbiq edin.
Yediklərinizə diqqət edin. Ədviyyatlı yeməkləri azaldın. Bunun yerinə kök, ispanaq kimi A vitamini cəhətdən zəngin yeməklər seçin.
Tərcümə etdi: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!