++++++++++Baharda saç baxımı

++++++++++Baharda saç baxımı
Saç və Dəri baxımı
10.09.2017 8
Mövsüm keçişlərində köhnələn saçlarınıza baharda baxım edərək gücləndirməniz mümkün!

Baharla birlikdə saçlara baxım etmənin də vaxtı gəldi. InStyle jurnalının verdiyi gözəllik əlavəsi; saçınızı yaza necə hazırlayacağınızı, necə baxım edəcəyinizi və istifadə edəcəyiniz məhsullarda diqqət yetirməniz lazım olanları səhifələrinə daşıdı.

Cansız Saçlar

"Cansız saç, sağlamlıqsız saç; parlaq saç isə sağlam saçdır" deyir saç mütəxəssisi Philip Kingsley. Quruluq, səhv məhsul istifadəsi, kimyəvi əməliyyatlar və saçın çirkli olması, işığı əks etdirməsini önləyə bilər. "Saçı canlandırmanın ən yaxşı yolu, onu təmizləmək və nəmləndirməkdir" deyən Kingsley, saçınızı canlandırmaq üçün parlaqlıq verən ya da durulanmayan saç kremlərindən kömək ala biləcəyinizi ifadə edir.

Yenidən Biqudi

Krepe darağınızı və maşanızı bir şkafa qaldırın. Biqudilər son günlərdə olduqca məşhur olan böyük dalğalı saç modelini yaratmanız üçün ehtiyacınız olan tək şey. Bu modeli müasir və gənc göstərmək üçün, biqudiləri açdıqdan sonra fırçayla saçları darayın. Nəzakətli olmağı unutmayın!

Tökülməyə Qarşı

Saç tökülməsinin; stress, yuxusuzluq, hamiləlik, xəstəlik, bəzi dərmanlar və mövsüm dəyişiklikləri kimi bir çox fərqli səbəbi var. Əgər saçlarınızın normaldan çox töküldüyünü düşünürsünüzsə, bir analiz etdirərək həkiminizin təklif edəcəyi tətbiqləri təcrübə edə bilərsiniz. Baxım müalicələri və saç tökülməsinə qarşı şampunlar təsirli ola bilər.




Tərcümə etdi: Günay Əliyeva
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!