++++++++++Saçınızın rəngini özünüz aça bilərsiniz

++++++++++Saçınızın rəngini özünüz aça bilərsiniz
Saç və Dəri baxımı
10.09.2017 35
Bal

Balın içində təbii  hidrogen peroksit saç rənginin açılmasını təmin edər. 1-2 fincan saç kreminin içinə 3-4 fincan bal əlavə edin. Nəmli saça bu qarışığı sürtün və bağlayın. 8 saat qədər gözləyin və saçınızı yuyun.

Çobanyastığı

Ən saç açıcı bitkilərdən olan çobanyastığı xüsusilə solğun sarı saçlar üçün çox təsirlidir. Saç uclarını həftədə bir çobanyastığı çayı ilə yumaq saçlarınızın parıldamasını təmin edər.

1-2 fincan çobanyastığı çiçəyini 6 fincan qaynamış suya əlavə edin və yarım saat qədər dəmlənməsini gözləyin. Çay soyuduqdan sonra yüngül nəmli saça tətbiq edin.

Başınızı əyərək çayın asanca axmasını təmin edin. Yarım saat qədər gözləmək kafi olacaq. Sonra bol su ilə saçlarınızı yuyun.

Limon

Limon da saç rəngini açar və daha ışıltılı saçlara sahib olmanızı təmin edər. Təsirli nəticə üçün təzə sıxılmış limon suyu seçmənizi təklif edərik.

1/3 ölçüsündə limon suyu ilə suyu qarışdırın. Bir sprey şüşəsinə qarışığı tökün və saçınıza səpin. Bunu günəşli günlərdə etmənizi təklif edərik. Limonun işə yaraması üçün istilik lazımdır. Limon suyu sıxdıqdan sonra mütləq saç baxımınızı yerinə yetirin. Əks halda saçlarınız quruya bilər.



Tərcümə Etdi:
NİGAR_CAVAD

 

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!