Yay üçün xüsusi maskalar

Yay üçün  xüsusi maskalar
Saç və Dəri baxımı
10.09.2017 64
Qidalandırıcı Maska:
3 qəhvə qaşığı incə döyülmüş badam, 1 qəhvə qaşığı badam yağı, 1 qəhvə qaşığı təzə krem, 1 yumurta sarısı.
Bütün vəsaitləri şüşə bir kasa içində yumşaq bir krem əldə edənə qədər qarışdırın. Ayda 1 dəfə, göz ətrafı xaric bütün üzünüzə çəkin. 15-20 dəqiqə gözlədərək, ilıq su ilə durulayın.
Badam yağının sakitləşdirici, yumurta sarısının qidalandırıcı xüsusiyyətləri sayəsində dəriniz hamar bir görünüş və yumşaqlıq qazanacaq.
Bronzlaşmağı Artıan Maska:
1 yumurta sarısı, 2 qəhvə qaşığı qatıq, 1 qəhvə qaşığı zeytun yağı, 5 damla kök yağı.
Yumurta sarısını, qatıq ilə çırpın. Zeytun yağını və kök yağını əlavə edib təkrar qarışdırın. Günəş vannası qəbul etməyə çıxmadan yarım saat əvvəl üz və boyuna tətbiq edin. 20 dəqiqə gözlədib, ilıq su ilə yuyun..
Günəş vannası qəbul etmə əsnasında istifadə edilməməlidir. Günəş vannası qəbul edərkən mütləq qoruma faktorlu bir məhsul istifadə edin. Bu maska, dərini yüngülcə rəngləyərək, günəşin zərərlərinə qarşı gücləndirər.
Günəş Sonrası Üçün Maska:
½ limon, 3 şorba qaşığı bal, 15 qram qliserin
Limon suyunu balla qarışdırın. Qliserini əlavə edərək, homogen hala gələnə qədər qarışdırın.
Günəş vannası qəbul etmə sonrası, masaj etmədən üzünüzə tətbiq edin. 15 dəqiqə gözlədib, ilıq suyla yuyun.
Qliserinin qoruyucu, balın sakitləşdirici təsiri sayəsində dərini təmir edər, rahatlaşdırar və nəmləndirər.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!