Sivilcə izlərini aparmaq üçün təbii üsullar

Sivilcə izlərini aparmaq üçün təbii üsullar
Saç və Dəri baxımı
10.09.2017 10
Sivilcələrin ən pis yanı qalıcı izlər buraxması deyə bilərik. Bu izlərdən xilas olmaq üçün yenə təbiətə müraciət edirik. Asan olmadığını bilirik, bir az zaman və bir az səbirlə birlikdə bu təbii maskaların dərinizə yaxşı gəldiyini görəcəksiniz.




 Alma sirkəsi
Alma sirkəsi çəki verməyə köməkçi olduğu qədər sivilcə izlərindən xilas olmağa da köməkçidir! Dərinizi təmizlədikdən sonra üzünüzə alma sirkəsini çəkin və yarım saat gözləyin. Soyuq suyla durulayın.




 Yumurta ağı
Yumurta ağı əslində  yarı izlərini müalicədə istifadə edilir.Yıxılan uşaqlara iz qalmaması üçün yumurta ağı çəkildiyini daha əvvəl görmüşdünüzmi bilmirik amma bu üsul sivilcə izləri üçün də etibarlıdır.




 Aloe vera
Aloe veranın inanılmaz təsirləri saymaqla bitmir. Sivilcə izlərini müalicə etməyə köməkçi olduğu kimi, sivilcələrlə də döyüşür. Aloe veranı lasyon olaraq nizamlı şəkildə istifadə etmənizi tövsiyə edərik.




 Çay ağacı yağı
Ana vətəni Avstraliya olan bu yağ, sivilcə izlərini yox etmək üçün mükəmməldir!




 Bal
Balın buraxdığı o yumşaqlığı dərinizdə hiss etdiyinizdə, sivilcə izlərinizdən xilas olmağa bir addım daha yaxınlaşdığınızı anlayacaqsınız. Təmiz dərinizin üzərinə balı çəkin və tuta bildiyiniz qədər dərinizdə saxlayın, ardından durulayın.




 Xiyar
Bir çox dəri baxım məhsulunun tərkibində xiyar olduğunu daha əvvəl fərq etmisiniz. Bunun səbəbi xiyarın dəri üzərində yaxşılaşdırıcı xüsusiyyəti olmasıdr… Buna sivilcə izləri də daxildir!




/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!