Sağlam saçların pik nöqtəsi

Sağlam saçların pik nöqtəsi
Saç və Dəri baxımı
10.09.2017 51
Saçlarınız parıldamaya bilər. Çünki onlar da zaman içində yaşlanır. Quruyur,solur, zədələnir və ya qırılır. Amma sizi bu problemlərdən qurtaracaq həll yollarımız var!

 Şampun seçimi
Saçlarımzı az ziyana salmaq və parlaq bir görünüş əldə etmək üçün fərqli şampunları axtarırıq. Gözəl qoxusu olan   şampunlara daha çox üstünlük veririk.
Halbuki, saç ustaları bu seçimin saçları daha gözəl göstərmək yerinə ziyana saldığını söyləyir. Saçları nəmləndirici xüsusiyyəti olan və ya rəng qoruyucu xüsusiyyəti olan bir şampunla yumaq kafidir.

 Duş sonrası və əvvəl olan qulluq
Saçlarımızın necə kövrək olduğunu bilirik. Ehtiyacınız olan nəmli saçlarını daha çox  uclarınızı masaj edərək qidalandırmaqdır. Həftədə bir ya da iki dəfə duşdan sonra nəmli saçlarınıza  təbii tərkibli saç kremi çəkə bilərsiniz. 
Duş əvvəli saç diblərinizə zeytun yağı çəkib saxlamanız saçlarınızı qidalandırar və canlandırar.

 İstiliyi aşağı  salın
Saç qurutma fenlərinin istiliyini aşağı salın. Saçlarınızı qurudarkən fenə çox yaxın tutmayın. Saç düzləşdiriciləri və ütüylə saçlarınızı zədələməyin.

 Saç rəngləri
15 dəqiqə içində saç rənginizi sola bilər. Saçınızın rəngini solduran suyun içindəki mineral və xloru dayandırın. 
Spirtli məhsullardan uzaq durun. Saçlarınızı qurudar və cansız görünməsinə səbəb olar.

 Sərbəst buraxın
Yüksək toppuzlar, atquyruqları, hörüklər qısacası saçınızı sıxacaq və zədələyəcək saç modellərindən uzaq durun.
Saçlarınızı sərbəst buraxın, bir az təbii dalğa efekti verərək istifadə edin. Spirt tərkibli saç spreylərindən qaçın.

 Həcmi itirməyin
Həcm verən şampunlarla saçınızı cansız görünüşündən qurtara bilərsiniz.


/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!