Hər bir dəriyə uyğun qaymaq maskası

Hər bir dəriyə uyğun qaymaq maskası
Saç və Dəri baxımı
10.09.2017 83
Qaymağın dadına baxma sırası indi dərinizdə!
Anında bir yumşaqlıq və parlaqlıq təmin edən bu maskalardan öz dəri tipinizə uyğun olanı seçin və dərhal tətbiq edin.


 Yorğun ifadədən xilas olmaq üçün...
Dərinizdəki yorğun ifadəni yox etmək, parlaq və təzə bir görünüşə qovuşmaq üçün bir kartofun suyunu, bir çay qaşığı ilıq südü, bir çay qaşığı qaymağı  və bir çay qaşığı balı qarışdırıb üzünüzə və boynunuza çəkin. Təxminən 20 dəqiqə gözlədib ilıq su ilə yuyun. Dərinizdəki dəyişməni dərhal fərq edəcəksiniz.


 Dəriniz yağlı isə...
Yağlı bir dəriyə sahibsinizsə, bərabər miqdarda un, bal və qaymağı qarışdırın. Əldə etdiyiniz qarışığı bir neçə gün boyunca üzünüzə tətbiq edin. Bu maska ilə dərinizin yağ tarazlığını təmin etmiş olarsınız.
Quru bir dəriyə sahibsinizsə, bərabər miqdarda qaymaq və xiyar suyunu qarışdırıb dərinizə çəkin. Təxminən yarım saat gözləyin və təmizləyin. Həftədə bir dəfə tətbiq edə bilərsiniz.


 



 Qara nöqtələrlə vidalaşın!
 
Qara nöqtələrdən xilas olmaq üçün də qaymağa müraciət edirik. İki yemək qaşığı cökə suyu ilə qaymağı qarışdırıb qara nöqtələrinizə çəkin. Nizamlı olaraq tətbiq etdiyində qara nöqtələrdən xilas olduğunuzu görəcəksiniz./Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!