Çayla hazırlanan maskalar

Çayla hazırlanan maskalar
Saç və Dəri baxımı
10.09.2017 25
Çay və banan maskası
Bananı bir qabın içərisində yaxşıca əzin və üzərinə dəmlədiyiniz çaydan iki yemək qaşığı əlavə edərək məcun konsistensiyasında bir maska meydana gətirin. Maskanı üzünüzə çəkin və 15-20 dəqiqə qədər gözlədin, ardından suyla durulayın. Bu maska üzünüzü təbii yolla nəmləndirmənin və ləkələri azaltmanın ən yaxşı yollarından bir dənəsidir.

 Çay və şokolad maskası
Həm çay həm şokolad antioksidan baxımından zəngindir. Üç dörd yemək qaşığı kakao tozuyla iki üç qaşıq dəmlənmiş çayı qarışdırın və üzünüzə çəkin, 15-20 dəqiqə qədər üzünüzdə saxlayın ardından durulayın. Bu maska, dərinizin gənc qalmasını təmin edən ən təsirli təbii maskalardan biridir. 

 Çay və qarğıdalı unu maskası
Üç qaşıq qarğıdalı ununu üç qaşıq dəmlənmiş çay ilə qarışdırın. Qarışığı üzünüzə çəkin və yarım saat sonra soyuq suyla durulayın. Maska qara nöqtələri azaldaraq daha hamar bir dəriyə sahib olmanızı təmin edər.

 Çay və krem maskası
Dəmlənmiş çayı soyumağa buraxın, daha sonra hər hansı bir nəmləndirici kremin içinə iki çay qaşığı çayı əlavə edin. Qarışığı üzünüzə çəkin və 10 dəqiqə gözlədin. Bu qarışıq genişləmiş məsamələri möhkəmləşdirmənizə köməkçi olar.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!