Sillə masajı dərini gəncləşdirirmi?

Sillə masajı dərini gəncləşdirirmi?
Saç və Dəri baxımı
10.09.2017 50
İnsan
yarandığı gündən etibarən ölümsüzlüyün yolunu və gənclik "eleksiri"nin
repestini tapmağa çalışır. Sağlam yaşamaq və gənc qalamq üçün effektli
müalicə üsulları axtarır. Gənc və sağlam qalmaq həvəsi insanları qəribə
və elmi cəhətdən təsdiq olunmamış təhlükəli addımlar atmağa sövq edir.
Baxmayaraq ki, tibbdə və elmdə bəzi müalicə üsulları rədd edilir,
dünyanın bir çox yerində hələ də istifadə edilir. 




Qurğuşun
- Azərbaycanda və bir çox müsəlman ölkələrində qorxunu aradan qaldırmaq
üçün qurğuşun əridilər. Bunun təkcə qorxunu deyil, bədəndə yığılan
bütün stress və gərginliyi aradan qaldırdığdığına dair də inanclar
olduqca yüksəkdir. 


Peruda hamilə qadın
delfinlərlə müalicədən istifadə edir. Delfinlərin buraxdığı yüksək
tezliklə səslər ana bətnindəki uşağın beyninə müsbət təsir göstərir.


Qanalma
üçün zəli ilə müalicə üsulu 2500 ildir ki, istifadə olunur. Bu gün də
zəli ilə müalicə geniş vüsət alıb. Zəlinin dişlədikdə bədənə buraxdığı
kimyəvi maddələrin yaratdığı ağrıkəsicilik effekti bu müalicənin əsasını
təşkil edir. Kliniki təcrübələr göstərir ki, zəli ilə müalicə artrit və
digər xəstəliklərə effektli təsir göstərir.


Tibbi
palçıq - Çilkadakı (Peru) minerallarla zəngin tibbi palçıq deyilənə
görə, revmatizmadan tutmuş bir çox xəstəlikləri müalicə edir.


Arısancma
müalicə üsulu Çində xalq təbabəti olaraq yaranıb və indiyə qədər bir
çox xəstəliklərin (revmatizm, xroniki yorğunluq sindromu, fibromialgiya)
müalicəsi üçün üçün alternativ üsul hesab olunur. 


Bankalarla
müsəlman müalicə üsulu - "Hijama”nın əsasını qanalma və bankaqoyma
təşkil edir. Bu müalicə üsulu Məhəmməd Peyğəmbərin vaxtından məlumdur və
bir çox İslam ölkələrində xroniki xəstəliklərin, revmatizm, dəri və
digər ciddi xəstəliklərin müalicəsində istifadə olunur.


Gülüş
müalicəsi - həmçinin, "gülüş yoqası” kimi tanınan müalicə üsulu stressi
azaldır, enerjini artırır. Xüsusilə, bu müalicə üsulu Hindistanda daha
geniş yayılıb. 


Misirdə, Saxara səhrasında
yerləşən klinika revmatizm xəstəliyi üçün ənənəvi müalicə üsulu təklif
edir: bədənin aşağı hissəsinin isti quma basdırılması. Şəkildəki
klinikanın pasienti müalicə zamanı üzünü günəşdən qoruması üçün çətirdən
istifadə edir.


Silləilə müalicə -
Taylandada masaj ilə məşğul olan bir qrup şillə vurmaqla qırışların
müalicəsinin mümkün olduğunu iddia edir. Şillə müalicəsinin bir seansı
350 dollardır. Onlar üzə şillə vurmqla dərini masaj edir və dəridəki qan
dövranı sürətlənir. Bu isə dərinin gənc qalmasına səbəb olur.
Mütəxəssislər isə bu masajın qalıcı təsirə malik olmadığını deyib.


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!