Limonlu şampunun hazırlanması

Limonlu şampunun hazırlanması
Saç və Dəri baxımı
10.09.2017 56
Hazırlayacağınız bu şampun sayəsində saçlarınız yumşalaraq asan şəkil almasının yanında yaz esintisi kimi iy verməsini təmin edə bilərsiniz. Güclü bir təsirə sahib olan limon eyni zamanda saçlarınızın baxımını da təmin edər.
Limon Şampunun Vəsaitləri:
2 limonun qabıqları
50 qr ağ yağlı sabun
750 ml içmə suyu
50 ml spirt (70%)
10 qr kalium karbonatı
7 damla limon yağı
Limon Şampunun Hazırlanması:
Əvvəl limonları yaxşıca yuyub, qabıqlarını incə bir şəkildə soyun. Bir tərəfdən də içmə suyunu qaynatmağa başlayın. Ardından soyulmuş limon qabıqlarının üzərinə bu sudan 250 ml tökün və daha sonra qapağı bağlı saxlayaraq 20 dəqiqə qədər qaynadın. Geri qalan suyun içinə sabunu qoyun və qaynar suyun təsiri ilə tamamilə həll edilməsini gözləyin.
Sabun yaxşıca əridikdən sonra qarışığa kalsium karbonatını əlavə edin. Bütün bu qarışığı, sabun çözeltisi 250 ml olana qədər təxminən 25 dəqiqə qədər qaynadın. Ardından qazın üzərindən götürün və soyumağa buraxın.
Digər qazanda qaynatdığınız limon qabıqlarını bir süzgəcdən keçirib əzin. Sonra sabun çözeltisini və limon suyunu qarışdırın. Limon yağını da spirtlə həll edərək bu qarışığa əlavə edin. Son olaraq bütün qarışığı yaxşıca soyudun və uyğun bir şüşəyə qoyub, istifadə edin.
 Qeyd : Limon şampunuyla yuyulan saçların bir neçə dəfə durulanması lazımdır. Bu da ən yaxşı limon suyu və ya bitki sirkəsiylə olar.

/Mənbə: Qadınlar.bizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!