Göz halqalarının təbii həlli

Göz halqalarının təbii həlli
Saç və Dəri baxımı
10.09.2017 23
Çobanyastığı çayı torbaları


Bir stəkan isti suda bir ovuc quru çobanyastığını qaynadın. Bu çaya pambıq batırın və gözə qoyaraq 10 dəqiqə gözlədin. Çobanyastığı  göz kölgələri və şişmiş göz qapaqları üçün çox təsirlidir.


Kartof dilimləri


Soyulmuş və göz altı ölçüsündə incə dilimlər halında kəsilmiş kartofu 10 dəqiqə boyunca bağlı göz qapaqlarınızın üstündə gözlədin. Nəticə əldə etmək üçün ən az həftədə 3 dəfə təkrarlayın. Hər tətbiq sonrası ilıq su ilə gözlərinizi yuyun.


Soyuq xiyar dilimləri


Halqa olaraq kəsdiyiniz xiyarı soyuducda saxlayın. Soyuq dilimləri 10 dəqiqə boyunca bağlı gözlər üzərinə tətbiq edin. Sərin xiyar, göz ətrafını yeniləyər. Dəri toxumasını nizamlar. Asanlıqla tünd rəngli halqaları azaltmağa köməkçi olar.


Südə batırılmış xiyar


Bir kiçik kasa süd içinə xiyar dilimlərini qoyun. Yarım saat südün içində qalsın. Sütlü dilimləri ən az 10 dəqiqə gözlərinizdə saxlayın.


Şirin badam yağı


Şirin badam yağını pambığa bir neçə damla damladın. Bu pambığı 10 dəqiqə gözdə saxlayın. Şirin badam yağı yorğun və göyərmiş bölgənin istirahət etməsi və yığışması üçün köməkçi olar.


Bişmiş alma


1 ədəd almanı bişirin və soyudun. Yarım saat soyuducunda gözlədin. Soyumuş sıyıq almanı ovunuzda topa edib gözünüzə qoyun. Həftədə 3 gün bu tətbiqi edin.
Buz qəlibləri
Buz qəlibini 5 dəqiqə boyunca tətbiq edin. Bu tətbiq göz ətrafını sıxışdırar. Qan dövranını hərəkət etdirər.
Dondurulmuş qaşıq
Dondurucuda iki çay qaşığını saxlayın. Onlar yaxşıca soyuduqdan sonra 3 dəqiqə boyunca bağlı göz qapaqlarınızın üstünə yerləşdirin.


Buğda və ərik yağı


Buğda toxumu yağı və ərik yağını bir çay qaşığı olmaq şərti ilə bir qaba qoyun. Bu qarışıqdan 5-6 damla bir pambığa tökün və göz altında 10 dəqiqə gözlədin. Yağın gözünüzə qaçmamasına diqqət edin. Pambıq yerinə kiçik barmağınızın ucunu bu qarışığa batıraraq gözə dairəvi hərəkətlərlə masaj edə bilərsiniz.


Pomidor, limon və un


Bu qarışığı hazırlamaq üçün, 1 çay qaşığı təzə pomidor suyu və bir çay qaşığı limon suyu lazımlı. İçinə bir ovuc un qatın və xəmir edin. Göz altına çəkdiyiniz bu xəmiri tamamilə quruyana qədər saxlayın. Sonra ilıq su ilə durulayın. Həftədə 2 gün edəcəyiniz bu təbii müalicə tünd halqaların yox olmasını asanlaşdırar.


Kök və zeytunyağı


Yarım kilo  kökü rəndələləyin. İçinə 2 yemək qaşığı zeytunyağı qatın. 30 dəqiqə saxlayın. Sonra bu qarışığa batırılmış bir pambığı koypu rəngli bölgədə gözlədin. 15 dəqiqə sonra təmizləyin.


Bal


Bir yemək qaşığı isti suda bir çay qaşığı balı sulandırın. Soyuduqdan sonra bu qarışığa batırılmış pambıqla göz qapaqlarının üzərinə kompres edin.

/Mənbə: Qadınlar.biz/

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!