Dənizdə saç sağlamlığınızı qoruya bilmək üçün üsullar

Dənizdə saç sağlamlığınızı qoruya bilmək üçün üsullar
Saç və Dəri baxımı
10.09.2017 46
Yay aylarının gəlməsiylə birlikdə artan isti havalar, nəhayət özünü  hiss etdirməyə başladı. Zamanla təsirini artıracaq və bizləri daha da çox  havalar bizə, özümüzü bir an əvvəl dənizə ya da hovuza atma xəyalları qurduracaq!
Dənizə   və hovuza girdikdən sonra saç sağlamlığını qoruya bilmək üçün nələr etmək lazımdır? Gəlin gözəllik ekspertlərinin xüsusi tövsiyələrinə birlikdə baxaq!
Zərərli günəş şüaları, saç boyasındakı pigmentlərə təsir edər və rənginin zamanla solmasına səbəb olar. Bu səbəblə tünd rəng saçlar günəşin təsiriylə qırmızılaşarkən, sarı rəng saçlar yaxşıca açılar. Saçların rəngini, tətildə qorumaq üçün ediləcək ilk əməliyyat, saç ustanızla da məsləhətləşərək keyfiyyətli bir saç boyası istifadə etməsini təmin etmək olacaq.
Saçlarınızda boya varsa, tətildə saç rənginizlə eyni rəngdə bir şampun boya istifadə edə bilərsiniz.  Beləcə saçlarınız tətil boyunca rəngini mühafizə edəcək.
Dəniz duzu saçlarınızı quruda bilər, hovuzdakı xlor da saçlarınıza yaşıla oxşayan bir rəng verə bilər. Küləyin və günəşin təsiriylə də bu mənfi nəticələr daha kəskin hala gələ bilər. Bu kimi problemlərin qarşısına keçmək və saçlarınızı qoruma altına almaq üçün, çimərliyə getmədən əvvəl saçınızı şampunlayıb ardından duş sonrası saç baxım kremi istifadə edə bilərsiniz.
Hovuzda ya da dənizdə üzdükdən sonra isə, saçlarda yığılan kimyəvi maddələri və mineralları təmizləmək üçün təmizləndirici bir şampun ya da saç baxım serumu istifadə edə bilərsiniz.
Dənizdən sonra saçlarınızı mütləq yuyub, uyğun bir baxım məhsulu istifadə edə bilərsiniz. Bu bir saç maskası ya da günəş qoruma  spreyi ola bilər.
Şampun və baxım məhsulları istifadə etdikdən sonra, saçları yaxşıca yaxalamaq çox əhəmiyyətlidir. Saçları, şampun ya da krem qalığı qalmayacaq şəkildə tamamilə yaxalamağa diqqət göstərməlisiniz.
Tətilə gedəcəksinizsə və saçlarınızı boyatmaq istəyirsinizsə, o zaman istədiyiniz rəngdən bir neçə ton daha tündə boyadan istifadə edə  bilərsiniz. Günəşin təsiriylə saçlarınız istədiyiniz tona daha təbii bir şəkildə qovuşacaq.
Saçlarınız çox incə tellidirsə, onları günəşdən qoruyan və yağ şəklində olan məhsulları istifadə edə bilərsiniz.
/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!