Evdə yanıq müalicəsi necə edilər?

Evdə yanıq müalicəsi necə edilər?
Saç və Dəri baxımı
10.09.2017 403
Evdə yaranan kiçik yanıqların müalicəsi əslində mətbəxinizdə yaranır. Əgər nəyi istifadə edəcəyinizi bilsəniz, yanıqları izi qalmadan ən asan şəkildə müalicə edə bilərsiniz.
Gündəlik həyatda insanın başına gələ biləcək və çox qarşılaşılan qəzalardan biri yanıqdır. Hər hansı bir məlhəm tətbiqindən əvvəl, bir neçə təklifə nəzər salın. Yanıq meydana gəldiyi an edilməsi lazım olan ilk yardım,  istilənmiş olan dərini soyudaraq ağrını azaltmaqdır. 15-20 dəqiqə yanmış hissə üzərinə soyuq su tətbiq edin. Yanıq bir az daha ciddi isə, 10 dəqiqəlik buz kompresləri tətbiq edə bilərsiniz.
Bir sonrakı addım yanmış sahəni dezinfeksiya edib ağrını aradan qaldırmaq üçün, bir anti-inflamatuar və anti-bakteriyal topikal dərman tətbiq etməkdir.
Bal, yanıq və yaraları aradan qaldırmaq üçün yüz illərdir bir çox mədəniyyət tərəfindən keçmiş Misirlilər tərəfindən istifadə edilmişdir.  Xam bal, təbii antibiotik, vitamin və minerallar ehtiva edən və eyni zamanda mükəmməl bir sağaldıcıdır.
Yanıq yerin üstünə soyuq su tvurun. Üzərinə bal tökün və bütün yaranı əhatə edəcək şəkildə yayın. Steril bir tənzif yerləşdirin və bantla sabitləyin. Ortalama 48 saat bu tətbiqi yeniləyərək təkrarlamaq kafi olacaq.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!