Qızlar üçün gözəllik maskaları

Qızlar üçün gözəllik maskaları
Saç və Dəri baxımı
10.09.2017 224
Üz üçün gərəkli maskalar: Rahat və tez Gözəl üz dərisinə sahib omağı hər qadın arzulayır. Lakin unutmamalıyıq ki, bağa baxarsan bağ olar, bağmarsan dağ olar. Ona görə də vaxtaşırı kosmetoloqa getməyi unutmayın. Əgər buna bu və ya digər səbəblərə görə imkan yoxdursa, krem-maskalara müraciət edin. 

Ev şəraitində hazırlaya biləcəyiniz maskaların resepti ilə sizi tanış edirik. Bu maskalar həm rahatdır, həm də tez başa gəlir. 



Qidalandırıcı maska 

2 çay qaşığı maya (droj)

1 çay qaşığı badam yağı

Bunları qatışdırırıq. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə çəkib 15-20 dəq. saxlayırıq. Ən sonda üz ilıq su ilə yuyulmalıdır.



Üzdəki çillərə qarşı 

Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır. 1 həftədə 3 dəfə üzə çəkilib 15-20 dəqiqə saxlanılır. Sonra üz ilıq su ilə yuyulur. 



Üzdəki qırışlara qarşı 

1 xörək qaşığı un (qerkules), 

1 yumurta sarısı,

1 xörək qaşığı smetan qarışdırılıb üzə çəkilir. 15-20 dəqiqə üzdə saxlanılır. Sonra üz ilıq su ilə yuyulur. 



Yağlı dəri üçün 

1 xörək qaşığı un 

1 xörək qaşığı smetan, 

1 çay qaşığı soda qarışdırılır. Üzə çəkilib 10 dəqiqə saxlanılır. Sonra üz ilıq su ilə yuyulur. 



Üz dərisini dartan krem (maska) 

1 limon yarısının suyu və 1 yumurta ağı qarışdırılır. Üzə çəkilib bir müddət saxlanılır (üz dartılana qədər). Sonra isə üz yuyulur. 



Ağardıcı maska 


2 qaşıq bal və 4 qaşıq un qarışdırılıb, üzə çəkilir. Bir az saxlandıqdan sonra üz yuyulur. 



Əllərə qulluq 

1 xörək qaşığı badam yağı , A, D və E vitaminləri qarışdırılır. Sonra əllərə çəkilib bir az saxlanılır. Sonra yuyulur.



/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!