İndi çobanyastığı ilə gözəllik zamanıdır

İndi çobanyastığı ilə gözəllik zamanıdır
Saç və Dəri baxımı
10.09.2017 61
Çobanyastığı ilə gözəllik səfərinə çıxmaq üçün ehtiyacımız olan 3 çay qaşığı çobanyastığı, 1 fincan su, 1 yemək qaşığı bal, və 1 yemək qaşığı gül suyu


 


Suyu qaynadın. Qaynamış suyun içinə çobanyastıqlarını atın. 5-6 dəqiqə sonra süzgəcdən keçirin. Soyuduqdan sonra bal və gül suyunu əlavə edin. Əldə etdiyiniz qarışığı üzünüzə və boyunuza çəkin. Bu maska dərinizin beyazlaması və ləkələrdən təmizlənməsi üçün olduqca təsirlidir.


 


Axşamları yatmadan əvvəl bir ovuc çobanyastığını çay dəmlər kimi dəmləyərək isti - isti için. Çobanyastığı çayı sizi rahatlaşdırdığı kimi həzmi də asanlaşdırar. Ən əhəmiyyətlisi isə rahat bir yuxuya getmənizi təmin edər.


 


Çobanyastıqları ilə  birlikdə qaynatdığınız suyu buz qəlibinə doldurun. Buzluqda duran bu qəlibləri hər səhər dairəvi hərəkətlərlə üzünüzdə gəzdirin. Zamanla dərinizin dartıldığını və parladığını görəcəksiniz.
Çobanyastıqlarını qaynadılmış suyun içinə atın və soyumasını gözləyin. Ayaqlarınızı yarım saat qədər bu suda istirahət etdirin. Bu əməliyyat günün bütünyorğunluğunu atmanıza köməkçi olar.



 


Qaynamış suyun içinə bir ovuc çobanyastığı atın. Qazandan çıxan buxarın xaricə sızmasını maneə törədəcək şəkildə başınızı bir dəsmal ilə örtərək üzünüzün buxarı əmməsini təmin edin. Buxarın istiliyinə dözə bildiyiniz qədər bu əməliyyatı təkrarlayın. Dərinizin məsamələrinin təmizləndiyini və tərtəmiz olduğunu əməliyyat bitər - bitməz fərq edəcəksiniz.


/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!