Badam yağının saça faydası

Badam yağının saça faydası
Saç və Dəri baxımı
10.09.2017 327
Köhnəlmiş saç görünüşünə sahib olmağı heç birmiz istəmərik. Televiziyalardan, jurnal və internet saytlarından badam yağının saça faydasını oxuyuruq, izləyirik və öyrənirik.



 Saçlarınızın daha gur, sağlam və parlaq görünməsinin yolu badam yağının istifadəsindən keçir. Belə bir görünüş əldə etmək istəyiriksə, otaq istiliyindəki badam yağını barmaq uclarımıza çəkdikdən sonra saç diblərinə kiçik hərəkətlərlə, masaj edərək tətbiq edə bilərik. Badam yağını saç diblərinə yedirdikdən sonra bone taxaraq ortalama bir yarım saat gözlətməliyik.  Daha sonra isti su köməyi ilə badam yağını təmizləyə bilərik.



 Badam yağının saça faydaları: Saçların E vitamini ehtiyacını qarşılayar. Saçları gücləndirər. Saçlarda qırıq meydana gəlməsinə mane olar. Saçları qidalandırar. Saç baxımında qoruyucu və nəmləndirici olaraq istifadə edilər. Saçlarınızın gurlaşmasını, daha sürətli uzanmasını və parlaq görünməsini təmin edər.
Badam yağı tətbiq edərkən diqqət etməmiz lazım olan bir ünsür var. Yağı saçımıza çəkdikdən sonra dərhal duşa girməməliyik. Suyun təsiriylə bədənə yayılan badam yağını təmizləmək çətin olacağı üçün əvvəl saçımızı yuyub daha sonra duş almamız lazımdır.



 Bu tətbiqi müəyyən fasilələrlə etsək daha sağlam bir görünüş əldə edərik. Tək tətbiqdə təsirini görmək mümkün deyil. Bundan ötəri təsirini görmək üçün tələsik etməmək lazımdır.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!