Günəşlənərkən edilən səhvlər

Günəşlənərkən edilən səhvlər
Saç və Dəri baxımı
10.09.2017 10
Günəşdən qoruyucu kreminizi doğru yerdə saxlayın



Günəş qoruyucu kremlər avtomobilin içində və ya günəşin altında bir çimərlik çantasında saxlansa, təsiri azalar. Günəş altında dayanan bir avtomobildə və çimərlik çantasında istilik nisbəti artar. İstiliyə məruz qalan günəş kreminin təsiri azalar və içindəki aktiv maddələr günəş qorumasına qarşı təsirini itirməyə başlar.



Göz ətrafınızı günəşdən qoruyun



Göz ətrafınızda  tünd halqalar varsa ,günəşdən mütləq qorunmalı. Göz ətrafında da istifadə edilə bilən 50 dərəcə qoruması olan xüsusi nəmləndirici günəş kremləri istifadə edilməlidir.



Tonal krem və pudra istifadəsinə diqqət



Dəniz kənarına üzünüzə makiyaj vəsaitləri çəkərək getməyin. Əvvəlcə istifadə etdiyiniz tonal krem və pudranın sizi günəşdən qoruyacağını düşünsəniz, yanılarsınız. Bu maddələr tam tərsi həddindən artıq günəş işığında zaman zaman ləkələnilməyə yol aça bilər.



Yay aylarında gündüz çölə çıxarkən makiyaj etmədən əvvəl, günəş qorumalı nəmləndirici məhsullar istifadə etməyə diqqət ediin. Dərinizin nəmləndirici ilə qorumasını təmin edib, üstünə makiyaj tətbiq edin.



Saçlarınız başınızı qorumur



Günəşə məruz qalan saçlarınızın, başınızı qoruduğunu düşünməyin. Saçlar, günəşlə təmas edən dərinizə ən yaxın parçalardır. Birbaşa günəş işığında qalan başınızı qorumanız lazımdır. Baş dərinizdə dəri xərçəngi meydana gəlmə riskini maneə törətmək üçün saçlarınızda və başınızda da günəş qoruyucu krem istifadə edin və günəşə çıxarkən şapka geyin.



Əllər yaşınızı ələ verər



Bir çox adam günəş qoruyucu krem çəkərkən əllərinin üzərinə çəkməyə laqeydlik edər. Halbuki əllər yaşınızı ortaya çıxarar və dərinizin ən rahat görünən bölgəsidir. Bədəniniz qədər əllərinizi də günəşdən qorumağa diqqət ediin. Əllərinizi yuduqdan və ya dənizə girdikdən sonra təkrar kremləməyi unutmayın.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!