Yayda korlanmış saça parlaqlıq verən 6 maska

Yayda korlanmış saça parlaqlıq verən 6 maska
Saç və Dəri baxımı
10.09.2017 63
Yay ayları ərzində dəniz, qum, günəş saçı korlayır. Bu masklar isə saçınızı parlaq etməyə kömək edəcək.  



1. Parlaqlıq üçün – Saçı şampunla yuduqdan sonra bir fincan limon suyu ya da sirkəni saça
töküb, masaj edərək yaxşıca yeridin. Sonra saçı yaxalayın. Saç kremi
çəkin və yaxalayın. Bu saçdakı bütün çirki aparacaq və parlaqlıq
verəcək. Bu üsulu 2 həftədən tez təkrarlamayın. 



2. Kakao yağı ilə müalicə –
Kakao maskası rəngli saçlara tətbiq edilir. İçində su qaynayan böyük
qazanın içinə kiçik qab qoyun. Yarım fincan günəbaxan yağı, 1 yemək
qaşığı kakao yağını, bir yemək qaşığı susuz lanolini ikinci qabın içində
əridin. Bütün bu yağlar əridikdən sonra qabı qaynar suyun içindən alın
və yaxşıca qarışdırın. Bu qarışığı başınıza çəkin və 15-20 dəqiqə
saxlayın. Ardından saçınızı yuyub yaxalayın. Bu maska tünd rəngli
saçlara rəng və parlaqlıq verir. 



3. Qidalandırıcı maska – 1 yumurta yarısı, 1 stəkan dəmlənmiş çay, 1 yemək qaşığı badam yağı
və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saç diblərinə masaj edərək
çəkin və yaxşıca qarışdırın. 10-15 dəqiqə gözləyib şampunla yuyun. 



4. Protein müalicəsi – Yumurta ilə proterin müalicəsi bütün saç növləri üçün münasibdir. İki
yumurtanı sındırın və və içinə yavaş-yavaş bir yemək qaşığı zeytun
yağı, bir yemək qaşığı qliserin, bir yemək qaşığı sirkə əlavə edin. Saçı
bir dəfə şampunla yuduqdan sonra bu maskanı çəkib 15-20 dəqiqə
saxlayın. Saçı yaxşı yuduqdan sonra onlar daha parlaq və həcmli
görünəcək. 



5. İsti yağ müalicəsi
Qurumuş və korlanmış saça can vermək üçün ən yaxşı maska zeytun
yağıdır. Saça parlaqlıq vermək üçün 2 yemək qaşığı zeytun yağını isidin.
Bu maskanı yavaş-yavaş saç dərisinə yeridin. İsti suda islatdığınız
dəsmalı sıxdıqdan sonra başınıza bürüyün. Dəsmal soyuduqdan sonra bu
qaydanı 2-3 dəfə yenidən təkrarlayın ki, yağ baş dərisinə yaxşı hopa
bilsin. Sonra saçı yaxşıca yaxalayın. Bu maska xüsusən də tez qırılan
saçlar üçündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!