Dərinizi kəşf edin

Dərinizi kəşf edin
Saç və Dəri baxımı
10.09.2017 4
Əvvəl barmağınızı dərinizdə gəzdirin. Dərinizin yağlı bir təbəqəylə bağı olduğunu fərq edəcəksiniz. Bu təbəqə, sebum və sudan ibarət olan dərinin qoruyucu təbəqəsidir. Bu qoruyucu təbəqənin içərisindəki sebum yəni yağ nisbəti dəri tipinizi təyin edər.
Əgər sebum nisbəti az isə dəriniz quru çoxu isə yağlı; normal və balanslı isə normal və qarışıq dəridir.



Quru dəri olduqca incədir və məsamələri çox kiçikdir. Görünüşü mat və sərtdir. Toxununca quru və pürtüklüdür. Dəri özünü qoruma xüsusiyyətini tam olaraq yerinə gətirə bilmədiyi üçün iç və xarici faktorlardan asanca təsirlənib zədələnə bilər. Tez-tez gərilər, qaşınar,  çatlayar və soyular. Duşdan sonra qızarıqlıqlar meydana gələr, sabun və əhəngli su narahatlıq verər. Çox nəmsizdir, gündəlik baxım kremi istifadə edilməsinə baxmayaraq hələ quruluq və gərginlik hiss edilər.
Yağlı dəri qalındır və məsamələri çılpaq gözlə rahatlıqla görüləcək qədər genişləmişdir. Rəngi donuq, görünüşü yağlı və parlaqdır. Toxununca sürüşkəndir. Tez-tez sızanaq və qara nöqtə meydana gələr. Makiyaj çox tez pozular hətta axar. Olduqca dayanıqlıdır, ən geç kırışan dəri növüdür.
Qarışıq dəri yağlı ilə quru arasındakı dəridir; nə yağlı, nə qurudur. Alın, burun və çənə ( T bölgəsi ) yağlı; yanaqlar normal və ya qurudur. Yanaq bölgəsindəki dərinin tipi xarici faktorlara bağlı olaraq dəyişə bilər.
Normal dərinin məsamələri optimal açıqlıqdadır. Rəngi çəhrayıdır. Görünüşü təzə və sağlamdır. Toxununca yumşaq və hamardır.



Bir əhəmiyyətli qeyd, dəriniz hansı tipdə olursa olsun, çox günəş vannası qəbul etmə, mövsüm dəyişmələri və hormonal faktorlar səbəbiylə nəmsizlik, həssaslıq və ya quruluq kimi problemlərlə qarşılaşa bilərsiniz. Bu vəziyyətdə etməniz lazım olan, xüsusi baxım proqramları tətbiq etməkdir.
 



 /Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!