Döşdə olan çatlara əlvida

Döşdə olan çatlara əlvida
Saç və Dəri baxımı
10.09.2017 32
Hamiləlik-hər bir qadının həyatında ən gzöəl dönəmdir. Lakin
hamiləlik qadın orqanizması üçün ağır yük olduğu üçün bu dönəmdə qadının
xarici görünüşündə və daxilində bir çox dəyişikliklər baş verir.
Hamiləlik zamanı qadın çəki yığır, döşlərinə süd gəlir, doğuşdan sonra
isə süd vəzləri böyüyür və döşlər daha da ağırlaşmağa başlayır. Bu zaman
təbii ki əsas yük döş nahiyyəsində olan dəriyə düşür. Dəri dartılır və
çatlar əmələ gəlməyə başlayır. Dəridə yaranan striyalar ağ, qırmızı, bənövşəyi rəngdə olur.



Dəridə çatların əmələ gəlməsinə digər səbəb çəkinin artıb azalmasıdır. Bu halların qarşısını almaq üçün bir neçə üsuldan istifadə edə bilərsiniz.
İlk növbədə zeytun yağını
çatların əmələ gələ biləcəyi hissələrə yeritməkdir. Bundan əlavə
hamiləlik zamanı üzgüçülüyə və ya idman salonuna getməyiniz çatların
qarşısını almaqda kömək edə bilər. Kontrast duş qəbul etmək həmçinin
dəri üçün faydalıdır. Digər faydalı üsullara kəsmik maskası, döşün
çobanyastığı dəmləməsi ilə yuyulması və masaj aiddir.
Doğuşsonrası çatlarla mübarizə daha çətindir. Çatlar sonradan yox
olmur, sadəcə rəngi açılır  və siz qaralanda onlar daha da çox nəzərə
çarpır. Onları aradan qaldırmaq üçün xüsusi inyeksiyalardan, müalicəvi
maskalardan, kapsula, pəhriz və dərinin elastikliyini artıran
kremlərdən, əməliyyatlardan istifadə edirlər.
Müasir  tibb çatlar olan dərini kəsib aradan götürür. Bu problemi
həll etmək üçün istifadə edəcəyiniz dərman preparatlarını mütləq
həkiminizlə məsləhət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!