Dəriyə qulluq üçün tövsiyyələr

Dəriyə qulluq üçün tövsiyyələr
Saç və Dəri baxımı
10.09.2017 86
Buz "Zamanı dondurun"
Buz- ilkin qırışlarla mübarizə aparmağın ən effektiv yollarından biridir. Soyuq qan dövranını aktivləşdirir və yeni hüceyrələrin meydana gəlməsini stimullaşdırır. Bu maskanı daha çox yayda və ya yorucu işlərdən sonra etmək məsləhətlidir.
Resept: Soyuducuda buz qabında suyu buzlaşdırıb, göz ətrafı nahiyələri hər səhər onunla sürtürük. Yalnızca suyu deyil, eyni zamanda yaşıl çay, çobanyastığı kimi dəmləmələri də buzlaşdırıb sürmək məsləhətlidir.
[/b]Dəriyə qulluq üçün tövsiyyələr
 Sakitləşdirici kartof-smetanlı maska

 
1 kartofu qaynadıb çəngəl ilə əzirik, 1 xörək qaşığı smetan əlavə edib qarışdırırıq. Qarışığı tənzifə bürüyüb dərinizin problemli hissəinə sürün.
Dəridəki qara nöqtələrdən azad olmaq üçün limonlu maska.
Yeni sıxılmış limonun şirəsi və qliserini eyni miqdarda götürüb ( məsələn, hər birindən 1 xörək qaşığı ) qarışdırırıq. Pambıq diskini aldığımız məhlula batırıb, qara nöqtələrin olduğu nahiyələrə sürürük. Bu maskanı həftədə 2 dəfədən artıq tətbiq etmək olmaz.

[b]

 Kofe ilə dəriyə qulluq.

 
Kofe qarışığının dəriyə çox böyük xeyri vardır, bunun üçün kofe dəmləməsini buzlaşdırıb dərinizə sürə bilərsiniz. Bu maska dərinin tonusunu yüksəldir və dəriyə gumrahlıq bəxş edir.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!