Göz qırışları üçün maskalar

Göz qırışları üçün maskalar
Saç və Dəri baxımı
10.09.2017 73
Göz ətrafındakı dərini nəmləndirmək üçün maska​​:
1 ədəd yumurtanın sarısına 1 çay kaşğı zeytunyağı qatın və qarışığı barmaq uclarınızla göz ətrafınıza sürün . 15 dəqiqə sonra ilıq su ilə yuyun.
*****
Ümumiyyətlə, kərə yağı və bitki mənşəli yağlar göz ətrafı qırışıqlıqları üçün yaxşı bir qoca qarı dərmanıdır. Məsələn, kərə yağı gecə kremi olaraq da istifadə edilə bilər. Yalnız gözlərinin ətrafındakı dəriyə gecə yatarkən az bir miqdar kərə yağını barmaq uclarınızla yüngül şəkildə sürtün. Səhər üzünüzü yuyun.
*****
Göz ətrafı qırışları üçün kərəyağlı krem tərifi: 1 yemək qaşığı quru çobanyastığı çiçəyi və 1 yemək qaşığı quru cökə çiçəyinin üzərinə 1 qəhvə fincanı qaynar su tökün və 15 dadika gözlədin. Daha sonra içinə 1 yemək qaşığı otaq istiliyində yumşalmış kərəyağı və varsa 1 çay qaşığı hintyağı qoyub hamar bir püre halına gələnə qədər çəngəl ilə əzin.
Yatmadan əvvəl göz ətrafına krem kimi sürtün. Bu qarışığı 5 gün soyuducunda saxlayaraq istifadə edə bilərsiniz.
*****
Göz altı qırışları üçün gidalandırıcı maska​​: Yarım yumurta sarısı və 1 çay qaşığı ərimiş bal ve1 şirin qaşığı yulaf unu əlavə edin. Yaxşıca qarışdırın. Gözlərinizin altına rahatca çıxarılacaq konsistensiyada olub olmadığını nəzarət edin. Əgər qatı olduğunu düşünürsünüzsə yumurtanın qalan sarısını da əlavə edin ya da ilıq süd əlavə edərək bir az nazildin . İncə bir təbəqə halında göz altınıza sürün . 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə və nəzakətlicə göz altlarınızı yuyun.
*****
Göz altı qırışları üçün gidalandırıcı maska:
Eyni miqdarda yandırmadan əridilmiş kərə yağı ilə yetkin banan püresini qarışdırın. Tam göz altlarınıza yerləşəcək şəkildə göz makiyajı pamuğuna bir miqdar qarışıqdan qoyaraq kürəyi yatar vəziyyətdə 20-25 dəqiqə gözləyin və ilıq su ilə nəzakətlicə durulanın.
Mənbə: Qadınlar.bizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!