Dəriyə zərər verən 17 vərdiş

Dəriyə zərər verən 17 vərdiş
Saç və Dəri baxımı
10.09.2017 38
Dəriniz üçün uzaq durmanız lazım olan vərdişlərdən qorunun.
1- Siqaret: Buraxmaq üçün daha əhəmiyyətli bir səbəbiniz varmı? Bu səbəb belə siqareti buraxmanıza kafi deyilmi? 

2- Çox spirt istehlak etmək : Hər kəs əyləncədə bir iki stəkan spirt ala bilər amma davamlı spirt içsəniz, dəriniz üsyan edəcək.

3-Səhv məhsul istifadə etmək: Dəri tipinizi yaxşı bilməli və uyğun olan məhsulları istifadə etməlisiniz.

4- Yalnız üzü qorumaq: Əlbəttə ən çox təxrib olan və pozulmağa uyğun olan yer,üzünüzdür ancaq boyun və sinə dekoltesi bölgəsini laqeyd yanaşmayın.

5- Dəri xərçəngi: Dərinizi davamlı nəzarət etməlisiniz. Xüsusilə saç dərisi altında qalan dəri yaxşı görünmədiyindən, dəri xərçəngi başlanğıcında göz ardı edilə bilir.

6- Çirkli makiyaj fırçaları: Makiyaj edərkən istifadə etdiyiniz fırçalara diqqət yetirin. Steril olmayan fırçalar, dərinizə zərər verər.

7- Uzun telefon görüşmələri: Çox uzun müddət danışırsınızsa, özünüzə qulaqlıq alın. Sürtünmə, istiləşmə kimi səbəblər dəriyə zərər verər.

8- Sərt təmizləmək: Çox çox peeling tətbiq etmək və gərəksiz sərt davranmaq dərinizi korlayar.

9- Yuxu nizamı: Çox gec yatmaq, nizamsız yuxu da dəriyə zərər verən elementlər arasındadır.

10- Dərini yumadan yatmaq: Dərini təmizləmədən yuxuya getmək, səhv bir davranış formasıdır.

11- Pis qidalanma: Dəriniz üçün yaxşı qidalanma olduqca əhəmiyyətlidir. Pis qidalanma dərinizə təsir edər.

12- Gözlərə laqeyd yanaşmaq: Göz ətrafındakı dəriyə laqeyd yanaşmaq, erkən zamanda qırışıqlara və yorğun görünüşə səbəb olar.

13- Sızanaqları sıxmaq: Dərinizdəki sızanaqları sıxmaq, içindəki bakteriyaların yayılmasına səbəb olar və sızanaqları artırar.

14- Stress: Stressli olduğunuzda kortizol səviyyəniz artar və bu vəziyyət akne və digər dəri hadisələrinə səbəb olar.

15- Bronzlaşmaq: Günəş altında davamlı yataraq bronzlaşmağa çalışmaq dərinizə olduqca zərər verəcək.

16- Çox məhsul: Məhsulları həddindən artıq və şişirdilmiş şəkildə istifadə etmək zərər verər və yaxşılaşdırıcı yerinə dağıdıcı təsir yaradar.

17- Tarixi keçmiş məhsullar: makiyaj vəsaitlərinin də son istifadə etmə tarixi vardır. Bu məhsulları doğru saxlama şərtlərində saxlamanız və tarixi keçmiş məhsul istifadə etməməniz lazımdır.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!