Qışda dəri üçün yararlı maskalar.

Qışda dəri üçün yararlı  maskalar.
Saç və Dəri baxımı
10.09.2017 93
 
Üz üçün kəsmikli maskalar.Quru dərili üz üçün yağlı kəsmik, yağlı dəri üçün daha yağlı kəsmikdən istifadə etmək məsləhət görülür. 
Quru dəri üçün kəsmiklə süddən hazırlanmış maska daha çox faydalıdır. Maska üçün bir xörək qaşığı kəsmiki, 1-2 xörək qaşığı ilıq süd ilə qarışdırın, maskanı üzünüzdə 20 dəq saxlayıb yuyun. Əgər dəriniz yağlıdırsa süd əvəzinə turşumuş süddən və ya qatıq, yoqurtdan istifadə edə bilərsiniz. 
Bütün dəri növləri üçün kəsmikdən və yaşıl çaydan maska:
Bir xörək qaşığı kəsmiki iki xörək qaşığı dəmlənmiş və soyudulmuş yaşıl çay dəmlənməsi ilə qatıb, 15 dəqiqəlik dərinizə çəkin.
Həssas və ya qızarmış dəri üçün sakitləşdirici kəsmikli maska:
Bir xörək qaşığı kəsmiklə, iki xörək qaşığı çobanyastığının dəmlənməsini ( bir xörək qaşığı çobanyastığını 1 stəkan qaynar su ilə qatıbdəmlənməsini gözləyib, soyudun ) qatıb 20 dəqiqəlik üzünüzə çəkə bilərsiniz. 
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!